Turp kimi olun ki, qışı sağlam keçirəsiniz!
06.12.2021 11:16
Gündə orta ölçülü turp yemək immunitetinizi gücləndirəcək və sizi xəstəliklərdən qoruyacaq. Yüksək antioksidan tutumu sayəsində bədən müqavimətinizi artıracaq, virus və mikroblarla daha yaxşı mübarizə aparmağınıza imkan verəcək.
 
Aztibb.az xüsusilə COVID-19 pandemiyası zamanı xəstəlik riskinin artdığı qış aylarında turpun gətirdiyi 6 faydanı oxucuları ilə paylaşır.
 
Faydaları saymaqla bitməyən turp tərkibindəki zəngin antioksidantlar, sink, dəmir, maqnezium, E, A, C, K və B6 vitaminləri ilə qışda immuniteti gücləndirir.
 
Yüksək antioksidan tutumu sayəsində turp bədən müqavimətinizi artıracaq, virus və mikroblarla daha yaxşı mübarizə aparmağınıza imkan verəcək.
 
Digər tərəfdən, qastrit, xora, qaz şişkinliyi kimi həzm sistemi problemi olan insanların istifadə etməməsi tövsiyə olunur.
 
Qan durulducu dərman qəbul edən insanlar turp kimi K vitamini ilə zəngin tərəvəzləri daha az istehlak etməlidirlər.
 
İmmuniteti dəstəkləyir
 
Tərkibindəki E, A, C, B6 və K vitaminləri, həmçinin kalium, kalsium, fosfor və maqnezium kimi minerallar sayəsində turp orqanizm sistemlərinin yaxşı işləməsini dəstəkləyir.
 
Bağırsaqların funksiyasını tənzimləyir
 
Qəbizlik qeyri-kafi su istehlakı və liflə zəngin olmayan pəhriz nəticəsində inkişaf edə bilər. Su və liflə zəngin quruluşu sayəsində turp həzm problemlərinə qarşı fayda verir və bağırsaq fəaliyyətini tənzimləməyə kömək edir.
 
Xərçənglə mübarizə aparır
 
Antioksidant qabiliyyəti yüksək olan turp tərkibindəki flavonoidlər sayəsində bədəndə meydana gələ biləcək xərçəng hüceyrələri ilə mübarizə aparır və orqanizmi qoruyur. Xüsusilə kükürd birləşmələri ilə zəngin olan qırmızı turp orqanizmdə baş verə biləcək hüceyrə zədələnməsinin qarşısını alır.
 
Ürəyi qoruyur
 
Elmi tədqiqatlar turpun kalium baxımından zəngin quruluşu ilə yüksək təzyiqi salmaqda təsirli olduğunu ortaya qoyur. Tərkibindəki aşağı xolesterin və yüksək lif ilə xolesterol dəyərlərini aşağı salır.
 
Çəki nəzarətini təmin edir
 
Uzun müddət toxluq hissini təmin edən turp aşağı kalorili və yüksək lif tərkibi sayəsində toxluğu artıraraq çəkini idarə etməyə kömək edir. Bundan əlavə, turpla hazırlayacağınız şorba və salatlarla daha həcmli, az kalorili yemək hazırlaya bilərsiniz.
 
Qaraciyəri gücləndirir
 
Qaraciyərin stress, siqaret kimi orqanizmdə zərərli təsirlərə səbəb olan faktorlara məruz qalması nəticəsində antioksidant qabiliyyəti pozulur. Zəngin kükürd birləşmələri ilə turp antioksidant funksiyasını dəstəkləyir, qaraciyəri gücləndirir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib