Həkim reportajı: Burun əti uşağı kar edə bilər!
04.12.2021 21:18
Uşaqlarda immunitetin aşağı olması, yaxud fəsil dəyişimləri ilə əlaqədar tez-tez boğaz, qulaq ağrıları, burunda axmalar müşahidə olunur.
 
Bu halların baş verməsinin bəzi səbəbləri isə burun əti kimi adlandırılan adenoiddir. Burun əti daha çox uşaqlarda müşahidə olunur. Adətən 14 yaşına qədər sovrulub gedə bilər. Amma 34 yaşında burnunda ət olan şəxslərə də rast gəlinir.
 
Burun əti bir çox şikayətlərə səbəb olur. Adenoid problemi uşaqlarda davranış pozğunluğundan tutmuş, inkişafdan qalmaya qədər bir çox problemlərə gətirib çıxara bilər. Burun əti problemləri 6 aydan öncə nəzərə çarpmır, daha çox 2-8 yaş arasındakı uşaqlarda problemlərə səbəb olur. Mikroorqanizmlərə qarşı müdafiə sistemlərindən birisi olan burun əti genetik, allergik kimi səbəblər ilə daha sıx infeksiyaya məruz qala bilər.
 
Əsl vəzifəsi müdafiə olan burun əti bakterial təbəqənin əmələ gəlməsi ilə birlikdə problem halına gəlir və orqanizm üçün bakteriya mənbəyi halına çevrilir.
 
Bu problem uşaqlarda eşitmə itkisinə, xoruldamadan tutmuş, tam tıxanmaya qədər yuxu problemlərinə səbəb ola bilər. Bundan əlavə uşaqlarda gecələri yerini islatma, yuxuda böyümə hormonu ifrazına təsir etdiyi üçün onlarda böyümə problemlərinə gətirib çıxara bilər.
 
Burun ətinin böyüməsi xüsusilə qız uşaqlarında üst çənədə qalıcı dəyişikliyə səbəb olur. Həmçinin gözlərin çuxura düşməsi, göz altlarının qaralması da onun əlamətlərindən biridir.
 
Adenoid uşaqlarda iştahsızlığa dasəbəb olur, məktəbdə fəallıqlarının azalmasına yol açır. Bununla yanaşı xroniki sinusit inkişaf edə bilər ki, bu da burun axıntısı, gecə öskürəkləri yaradır. Uşaq burunla nəfəs ala bilmədiyi üçün ağızla nəfəs alır və bu, orqanizmdə hiss edilməyən maye itkiləri ilə birgə ağız iyinə səbəb olur. Davamlı ağız ilə nəfəs aldığı üçün dişlərdə çürüklər yaranır. Burun içi fiziologiyasını pozaraq, burun qanamalarına yol açır. Və ən əsası da gecələri rahat nəfəs ala bilmədikləri üçün keyfiyyətli yuxu yatmayan uşaqlar hiperaktiv olurlar, bununla birgə davranış pozğunluqları meydana çıxa bilər.
 
Problemdən çıxış yolu isə onun əməliyyatla aradan qaldırılmasıdır.
 
həkimi Cavid İsmayılov
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib