Bu pəhriz sağlam sayıla bilməz! Frutarianlıq
03.12.2021 23:33
Meyvə pəhrizi barədə çox eşitmişik. Lakin meyvə yemək bəzən pəhriz yox, həyat tərzinə çevrilir.
 
Mütəxəssislərin təbirincə desək, bu, detoks və ya artıq çəkidən xilas olmaq deyil, həyat tərzidir.
 
Aztibb.az xəbər verir ki, sözügedən həyat tərzi – frutarianlıq çiy meyvədən başqa heç nə yeməməyi nəzərdə tutur.
 
Adamlar bu pəhrizə müxtəlif dərəcədə əməl edirlər. Bir çox frutarianların dediyinə görə, onların qidalanmasının 75 %-ni çiy meyvələr,  25 %-ni isə qoz-fındıq və dənli bitkilər təşkil edir.
 
Belə bir pəhrizə keçməyin müxtəlif səbəbləri var. Xörək bişirməmək, detoksasiya, kalorilərin ixtisarı, təbiətsevərlik, "mənəvi ucalıq” və s.
 
Frutarianlıq ekstremal dərəcədə çətin pəhrizdir və onu əksər dietoloqlar sadəcə olaraq tövsiyə etmirlər.
 
Dietoloqlar bildirir ki, frutarianlarda B12 vitamininin, kalsiumun, D vitamininin, yodun, omega-3 yağ turşularının çatışmazlığı olur və bu, qan azlığı, halsızlıq və immun sisteminin zəifliyi kimi fəsadlara səbəb ola bilər.
 
Alimlərin fikrincə, ümumiyyətlə, yalnız bir və ya iki qida növünə əsaslanan pəhrizlər sağlam sayıla bilməz.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev