İmmunitetimizin təsirlənəcəyi doğru bilinən yanlışlar – Tibbi miflər
03.12.2021 22:59
İmmunitetimizi gücləndirməyin hamıya məlum olan yolları var. Tam yuxu, balanslı qida və vitaminlər, idman və stresdən uzaq durma və s.
 
İmmun sistemimizin zəifləməsinə yol verməmək üçün isə doğru bilinən yanlışlardan da xəbərdar olmalıyıq.
 
Aztibb.az bununla bağlı oxucularını məlumatlandırır.
 
İmmunitetin payızda və qışda azalması bir mifdir!
 
Soyuq havalarda adətən bağlı pəncərəli evdə daha çox vaxt keçiririk, buna görə yoluxma və xəstələnmə ehtimalı artır.
 
Digər bir amil isə evdəki isidicilərin yaratdığı quru havadır. Quruluq burun boşluğu selikli qişasının keçiriciliyini artırır, virus və bakteriyaların bədənə daxil olmasını və çoxalmasını asanlaşdırır.
 
Digər mif: Soyuqdəymə zamanı dondurma olmaz!
 
Xəstələnən zaman süd məhsullarıyla qidalanmaq olmaz. Bu barədə tez-tez eşidirsiniz. Çox vaxt dondurmadan, pendirdən və hətta süddən uzaq durmaq tövsiyə edilir.
 
Səbəb isə süd məhsullarının guya bədəndə selik ifrazını artırmasıdır. Bu məlumat nə dərəcədə doğrudur?
 
Selik ifrazı sizi o qədər də narahat etməməlidir. Bu proses fiziologiyamızda böyük rol oynayır.
 
Selik ifraz zamanı bizim orqanizmdəki zərif yerləri – burun çıxışlarını, tənəffüs borusunu, ağciyəri və mədəni qıcıqlanmadan və digər zərərlərdən qoruyur.
 
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev