Mikroblar. Onlar bizimlə necə manipulyasiya edir? 
03.12.2021 21:53
Bağırsaqlarımızda trilyonlarca bakteriya var, onlar yemək tərzimizə və qida arzumuza təsir edə bilirlər.
 
Aztibb.az xəbər verir ki, mütəxəssislər mikrobların bizi orqanizmimizin yox, onların özlərinin ehtiyacı olan qidalar qəbul etməyə yönləndirməsiylə bağlı faktlar olduğunu bildirir.
 
Bağırsaqdakı müxtəlif mikroblar daha az və ya daha çox turşulu mühit kimi fərqli şəraitlərə üstünlük verə bilirlər. Yediyimiz yeməklər bağırsaqlardakı ekosistemə təsir edir və mikroblar özlərinə daha əlverişli mühit yaratmaq üçün bizi onların ehtiyaclarına uyğun qidalanmağa yönəldə bilirlər.
 
Bunu azan sinir (nervus vagus) vasitəsilə, bağırsaqlardan beyinə siqnal göndərməklə edirlər. Onların ehtiyacı olan qidaları yediyimiz zaman xoşbəxtlik hormonu olaraq bilinən dopamin və serotonin hormonlarının ifrazını təşkil edərək özümüzü daha xoşbəxt hiss etməmizə və beləliklə də həmin qidaları daha çox yeməmizə səbəb ola bilirlər.
 
Bu, hələ ki, təcrübədə təsdiqlənmiş olmasa da, alimlər mikrobların belə davranış formalaşdırdıqlarını bilirlər. Bildirilir ki, mürəkkəb karbohidratlar və liflə zəngin qidalardan ibarət dieta bağırsaqlarda mikrob növlərinin sayını artırır və bu da öz növbəsində sağlam mühit yaranmasına gətirib çıxarır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev