Hormonal qidalar bədənimizə necə zərər verir? DİQQƏT!
03.12.2021 21:29
Qidalarda hormonların istifadəsi tez-tez müzakirə olunan mövzudur. Hormonlar heyvandarlıqda, pomidor, badımcan, kartof, balqabaq, üzüm, alma, bostan məhsulları, buğda, arpa, yulaf, çovdar, çəltik kimi bir çox qida məhsullarının becərilməsində istifadə edilə bilər.
 
Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, qidalarda istifadə edilən hormonların insan sağlamlığına mənfi təsirləri var.
 
Xərçəngə tutulma riskini artırır!
 
Qidalarda istifadə olunan hormonlar xərçəngə tutulma riskini artırır. Bu hormonlardan biri süd məhsuldarlığını artırmaq üçün inəklərə yeridilmiş hormondur (rBGH).
 
rBGH süddə insulinə bənzər böyümə faktorunun (IGF-I) artmasına səbəb olur. IGF-I həm normal hüceyrələrin, həm də xərçəng hüceyrələrinin böyüməsinə səbəb olur.
 
Hormonal pozğunluqlara səbəb olur!
 
Hormonlu qidalar orqanizmdə şişlik və piylənməyə səbəb olur, erkən cinsi yetkinlik dövrünə təsir edir. Qadınlarda menstrual pozğunluqlar, kişilərdə sperma sayının azalması, bədəndəki hormon tarazlığını pozaraq süd vəzilərinin böyüməsi kimi problemlərə əsas yaradır.
 
Allergik reaksiyalara səbəb ola bilər!
 
İnsanlarda hormonal qidaların yaratdığı digər sağlamlıq problemi allergik reaksiyalardır. Qida allergiyası immunitet sistemi ilə əlaqədardır və hormonları olan qidalar immunitet sistemində pozğunluqlara səbəb olur. Nəticədə dil və dodaqların şişməsi və qaşınması, gözlərin qızarması və şişməsi, tənəffüs çətinliyi, qarın ağrısı, ishal, qusma və ekzema kimi əlamətlər ortaya çıxır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib