Valideyn olmadan öncə testlərdən keçin! Genetik check-up!
03.12.2021 11:32
Genetik müayinə məqsədilə bir sıra testlərdən sonra xəstəliklər baş verməmişdən qabaq tədbir görülərək bu xəstəliklərin qarşısını almaq və ya çox erkən mərhələdə müalicəsinə başlamaq mümkündür.
 
Aztibb.az xəbər verir ki, mütəxəssislər 7 mindən çox gen xəstəliyinin olduğunu bildirir. Qeyd olunur ki, bu xəstəliklərin ümumi sayı çox olsa da, gələcək valideynlər bu testlərdən keçərsə, bütün genetik xəstəliklər vaxtında aşkar oluna bilər.
 
Bu gün bir çox xəstəliklərin diaqnozu, müalicəsi və təqibində genetik testlərdən istifadə mütləqdir. Genetika sahəsində inkişaf sayəsində daha əvvəl diaqnozu qoyula bilməyən bir çox xəstəlik asanlıqla diaqnoz edilə bilir.
 
Xüsusilə evlilik və ya hamiləlikdən əvvəl genetik testin edilməsinin faydalı olduğunu vurğulayan mütəxəssislər qeyd edir ki, bu istiqamətdə son elmi araşdırmalar tesdən keçənlərin ən az 2 genetik xəstəliyin daşıyıcısı olduğunu göstərir.
 
Ən çox rast gəlinən genetik xəstəliklər arasında talassemiya, kistik fibroz, SMA, əzələ xəstəliyi olan Duchenne Muscular Distrofiyası, inkişaf ləngiməsinə səbəb olan Biotinidaz çatışmazlığı, nevroloji problemlər və fenilketonuriya kimi xəstəlikləri sadalamaq olar.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib