Həkim reportajı: Əl bölgəsində şişlər nə dərəcədə zərərlidir?
01.12.2021 17:51
Bir anda əl biləyinizdə şişkinlik əmələ gəlməsi sizin üçün sürpriz ola bilər. Qanqlion kistləri adlanan belə şişlər daha çox əl biləyinin üst hissəsində yaranır.
 
Bəzən isə əl biləyinin iç tərəfində nəbiz alınan bölgə ilə baş barmaq arasında da yarana bilər. Bəzən də barmaqların oynaq olan hissələrində görülür. Qanqlion şar şəklində içi gelə bənzər, oynaq mayesi ilə oxşar özəlliyə sahib maye ilə dolu olur. Əksər hallarda əldə hərəkətin artması ilə bu kista böyüyür və tam tərsi hərəkət azaldıqda isə kiçilir.
 
Qanqlion kisti şiş törəməsi deyil və müəyyən vaxt sonra müalicə tətbiq etmədən itə biləcəyi üçün həkim kontrolunda müəyyən müddət müşahidə altında gözlənə bilər.
 
Aktivlik ilə qanqlion böyüyə bilir. Böyüdükdə isə ətrafdakı sinir uclarına təzyiq göstərdikdə ağrılar başlayır. Bu səbəblə də həkiminiz müəyyən müddətə sizə əl biləklik taxmağı tövsiyyə edə bilər. Bu əsnada qanqlion kiçilə bilər və ya hətta itə bilər. Ağrı azaldıqda və qanqlion kiçildikdə əl biləklik çıxarılır və ehmalca kontrollu oynaq hərəkətləri başlanır.
 
Konservariv müalicə üsulları kömək etmədikdə qanqlion kisti açıq və ya endoskopik yolla xarıc edilə bilər. Cərrahi əməliyyat sonrası əl biləkdə keçici olaraq şişkinlik və ağrı artması ola bilər. Bunlar müvəqqəti xarakter daşıdığı üçün qorxmamanız tövsiyyə olunur.
 
Ümumiyyətlə narahat olmanğınıza dəyməz, çünki qanqlion kistləri zərərsizdir və müəyyən zaman içində yox ola da bilirlər.
 
ortoped travmatoloq Rəşad Zeynalov
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib