Dəniz yosunu peyvəndi sınanır: Şiddətli ağrılara qarşı
30.11.2021 15:19
Alimlər dözülməz bel ağrısına qarşı hərəkətə keçərək, həll yolunu dəniz yosunlarında tapıblar.
 
Aztibb.az xəbər verir ki, Yaponiyanın Hokkaydo Universiteti Xəstəxanasında keçirilən sınaqda sürüşmüş disklərin müalicəsi üçün təbii dəniz yosunlarından hazırlanmış gel xəstələr üzərində sınaqdan keçirilib.
 
"Upal" olaraq tanınan gel Yaponiyada yüksək səviyyədə təmizlənmiş dəniz yosunlarından hazırlanır.
 
Cərrahiyyə və stomatologiyada sümük sementi kimi istifadə edilən polimetilmetakrilatdan hazırlanmış kürələr təbii oynaq sürtkü maddəsi olan hialuron turşusunun məhlulunda qarışdırılır və diskə vurulur.
 
Bildirilir ki, bu, diskektomiyadan sonra qalan boşluğu doldurmaqla yanaşı, diskin degenerasiyasının qarşısını alır və yeni toxumaların böyüməsinə şərait yaradır.
 
Heyvanlar üzərində sınaq müsbət nəticələr göstərdi
 
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, kürək nahiyəsində zədələnmiş diskə vurulduqda gel beş dəqiqədən az müddətdə sərtləşir və sağlam yeni toxumaların böyüməsinə imkan yaradır, ağrıları azaldır.
 
Hazırda gelin ilk insan sınaqlarında 40-a yaxın insan iştirak edir.
 
Qeyd edək ki, düz, yuvarlaq disklər onurğanın 24 fəqərəsi arasında amortizator rolunu oynayır. Sürüşən disk dözülməz ağrıya səbəb olur.
 
Hər on nəfərdən birində xroniki bel ağrısına rast gəlinir və disk sürüşməsi ən çox görülən səbəblərdən biridir.
 
Disk sürüşdükdə və ya yırtıq olduqda, mərkəzi halqanı itələyərək diskin şişməsinə səbəb olur. Bu da yaxınlıqdakı sinirləri sıxaraq, ağrı, iltihab, ayaqlarda uyuşma və zəiflik yaradır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib