Həkim reportajı: Yumurtalığın burulması və səbəbləri
29.11.2021 14:48
Yumurtalığın burulması qadının qarnının aşağısnda olan ağrıların nadir, lakin təhlükəli səbəblərindən biridir.
 
Patologiyanın özəlliyi venoz axının pozulması nəticəsində yumurtalıqda yaranan ödem və qansızmadır. Burulma yumurtalıqların hiperstimulyasiya sindromunun fəsadlarından biridir.
 
Burulma bir tərəfli olur. Adətən böyümüş yumurtalıq zədələnir. Normal orqanın burulması isə əsasən uşaqlarda rast gəlinir. Damarların sıxılması nəticəsində yumurtalıqda venoz axın və arterial qan təchizatı pozulur. Toxumalarda oksigen aclığı baş verir. Nəticədə yumurtalıq toxuması infarkt olur, yəni, ölür.
 
Patologiya müxtəlif yaş qruplarında inkişaf edir, amma ən çox 25-30 yaşlı qadınlarda rast gəlinir. İnkişaf etmiş ölkələrdə bu prosesin rast gəlməsi bir qədər yüksəkdir. Bu, onlarda süni mayalanmanın və uyğun olaraq, ovulyasiyanın hormonal stimulyasiyasının geniş yayılması ilə izah olunur.
 
Yumurtalığın burulmasına uşaqlıq borularının inkişaf qüsurları, onların uzun və qıvrılmış olması, bədxassəli şişlər, uşaqlıq borularında aparılan cərrahi əməliyyatlar səbəb olur.
 
Qarnın aşağı hissəsində ağrı əmələ gəldikdə, mütləq rəngli doppleroqrafiya ilə ultrasəs müayinəsi aparılmalıdır. Bu müayinə orqanının qan təchizatını görməyə imkan verir. Yumurtalıq şişləri, kiçik çanaqda cərrahi əməliyyatlar və hamiləlik kimi risk faktorları diqqəti xüsusi cəlb etməlidir.
 
Yumurtalıqların burulmasında cərrahi əməliyyat – yeganə effektiv müalicə üsuludur. Orqanın normal vəziyyətini və qan təchizatını mümkün qədər tez bərpa etmək lazımdır. Ən yaxşı nəticə əlamətlərin əmələ gəldiyi vaxtdan cərrahi əməliyyata qədər 8 saatdan az vaxt keçdikdə alınır.
 
Adətən laparoskopiya tətbiq edilir, amma o olmadıqda, adi açıq üsul da istifadə edilə bilər. Əməliyyat ümumi narkoz altında aparılır. Əgər laparoskopiya zamanı fəsadlar aşkarlanarsa, əməliyyatı açıq üsulla, yəni, qarın divarında kəsik aparmaqla davam etdirmək lazım gələ bilər.
 
mama-ginekoloq Ramilə Abbaszadə
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib