Həkim reportajı: Xəstədə ağrı olmadan sidiyində qan aşkarlanarsa...
28.11.2021 17:24
Sidiyində qan tapılan xəstələrdə daha dərinləşdirilmiş müayinələrin aparılması zəruridir. Çünki sidiyində qan tapılan və hansısa bir vacib işinin yaxud səfərinin olmasını əsas gətirərək müayinə olunmaq istəmiyən xəstələrə də rast gəlirik.
 
Onları, əlamətsiz keçən hematuriyanın ciddiliyinə inandırmaq və lazımi müayinələrə cəlb etmək vacibdir. Xəstəni əlamətsiz keçən hematuriyanın ciddiliyi ilə ətraflı məlumatlandırıb müayinə etməliyik ki, müəyyən vaxtdan sonra o xəstə həkimin yanına ağır, fəsadlaşmış və əməliyyata tabe olmayan ( inoperabel xərçəng ) sidik kisə yaxud böyrək xərçəngi ilə gəlməsin.
 
Belə olduğu halda xəstənin sonrakı peşimançılığı fayda vermir, həkim isə xəstəni vaxtında yetərincə məlumatlandırmadığı üçün vicdanı qarşısında əziyyət çəkir.
 
Xəstədə ağrı olmadan sidiyində qan aşkarlanarsa xərçəng şişi təhlükəsi var.
 
Bizim təcrübəmizdə dəfələrlə olub ki, təsadüfi müayinə zamanı aşkarlanmış hematuriyaya əsasən müayinələr genişləndirilmiş və sidik kisə, böyrək və prostat xərçəngi aşkarlanıb həkim onkoloqlara göndərilərək vaxtında radikal müalicə edilmişdir. Sidiyində qan görən xəstələrin yalnız 50 % – ə qədəri narahat olub həkimə müraciət edir. Qalan 50 % – i isə ya internetdən yaxud apteklərə yaxınlaşaraq şikayətlərini deyib hər hansı qandayandırıcı dərmanı qəbul etməklə özlərini sağalmış hiss edirlər.
 
Yayılmış metastazlarla müraciət edən xəstələrdən soruşduqda ki, nə vaxtsa sidiyinizdə qan olubmu, yaxud görmüsüzmü? Əksəriyyəti 7 – 8 ay yaxud bir neçə ay əvvəl olmuşdu əhəmiyyət vermədim deyir. Hansı ki, sidikdə qan gördüyü zaman müraciət etsəydi bəlkə də xərçəngdən tamamilə sağalardı yaxud ömrü uzanardı.
 
Hematuriyanın müalicəsi səbəbləri çox olduğundan hər bir konkret situasiyada spesifik yanaşma tələb edir.
 
uroloq-androloq Ziyad Əliyev
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib