“Like” gözləntisi: Sosial media asılılığı
27.11.2021 21:24

Bu gün texnologiyanın inkişafı ilə sosial mediadan istifadənin geniş yayıldığını bildirən mütəxəssislər xüsusilə pandemiya dövründə fiziki məsafə ilə bağlı problemlərin internetdə edilən paylaşımları artırdığını söyləyirlər.

Aztibb.az mütəxəssislərin rəyinə əsaslanaraq xəbər verir ki, sosial mediadan sağlam istifadə ilə yanaşı, çox vaxt sosial media istifadə məqsədini tərk edərək, asılılığa da çevrilir.

Psixiatrlar sosial mediadan həddindən artıq istifadənin görmə pozğunluğu, yuxusuzluq, vaxtı idarə etməkdə çətinlik, fəaliyyətlərdə iştirak edə bilməmə, sosial mediadan kənar ünsiyyət qurmada çətinlik, müvəffəqiyyətin azalması kimi fiziki və sosial problemlərin artmasına səbəb olduğunu bildirirlər.

Sosial şəbəkələrdə “like” əslində mənfi və ziyanlı bir fenomen hesab oluna bilməz, əksinə bu element təbii funksiyasına, yəni insanlar arasında kontakt və ünsiyyətin artırılmasına, fikir və düşüncə mübadiləsinə və bilgi qaynağı təşkil etməsinə yardımçı olacaq bir mahiyyətə sahibdir.

Lakin “like” hərisliyi” və “acgözlüyü” də müşahidə olunmaqdadır. İnsanlar “like”-a qeyri-adi bir önəm yükləməkdə və az qala həyatın ən vacib ünsürlərindən biri olaraq görməkdədirlər.

Sanki “like” açıq-aşkar bir "keyfiyyət nişanəsi" olaraq qəbul edilir.

Psixoloqlar tövsiyə edir ki, reallığı və hadisələri qiymətləndirmək və qərar vermək üçün dəyərli olanın yalnız ağıl və  təcrübə olduğunu unutmamalıyıq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib