Bunlar miqren hallarını artırır: Təmiz havaya çıxın, ekrana çox baxmayın!
28.11.2021 09:19
Uşaq miqreni ilə yetkin miqreni arasındakı fərqlər çoxdur.
 
Aztibb.az xəbər verir ki, gərginlik tipli baş ağrıları böyüklərdə daha çox görülərkən, miqren uşaqlıq çağı baş ağrılarında daha qabarıq olur və daha tez-tez rast gəlinir. Başqa sözlə desək, baş ağrısı olan bir uşaqda miqrenin olma ehtimalı baş ağrısı olan böyüklərdən daha çoxdur.
 
Böyüklərdə baş ağrılarında ağrı daha geniş bir sahəyə yayıldığı halda, uşaqlıq çağı baş ağrılarında ağrı tək bir nöqtədə yönəlmiş kimi təyin edilə bilər.
 
Uşaqlarda miqren hallarında ürəkbulanma, qusma, iştahsızlıq, işıq və ya səsdən narahatlıq kimi təsirlər meydana gəlir.
 
Gündəlik həyatda uşaqlıq çağı miqrenində ən çox rast gəlinən səbəb lazım olduğu qədər təmiz havaya çıxmamaq, idman etməmək, yuxu pozğunluqları və uzun müddət ekrana məruz qalmaq kimi vərdişlər hesab edilir.
 
Migreni olan uşaqlar üçün həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur. Bu dəyişikliklərdən sonra miqren hücumlarının yox olması ehtimalı var.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib