Həkim reportajı: Davamlı boğaz infeksiyası yayılmaqdadır
24.11.2021 17:09
Müalicəyə baxmayaraq sağalmayan boğaz infeksiyası varsa, bu zaman PFAPA xəstəliyi düşünülməlidir.
 
Boğaz ağrısı, faringit və limfadenit şəklində irəliləyən xəstəlik adətən yüksək hərarətlə başlayır, boğaz ağrısı və halsızlıq kimi özünü göstərir. Bu zaman qızdırmanın normal boğaz infeksiyalarında rast gəlinəndən daha yüksək olduğu görülür. Yəni qızdırma 40°-41°-yə qədər qalxa bilər və verilən antibiotik müalicəsinə cavab alına bilinmir.
 
Xəstəlik bəzi uşaqlarda febril qıcolmalara da səbəb ola bilər. Daha çox oğlanlarda rast gəlinir və 2-6 yaş arasında daha sıx görülür.
 
Əslində boğaz ağrısı, qızdırma, ağızda afta ilə xəstəxanaya müraciət edəndə adətən bütün həkimlər antibiotik müalicəsi yazırlar, lakin antibiotik müalicəsi heç bir müsbət nəticə vermir. Xəstələrin hərarəti azalmır və şikayətlər davam edir. 
 
Bu qrup xəstələr adətən həkimdən-həkimə gəzirlər və boş yerə antibiotik müalicəsi alırlar. Bəzilərində də bu müddət ərzində qıcolmalar olur.
 
PFAPA xəstəliyinin dəqiq səbəbi bilinmir, lakin səbəbin immunitet sistemi ilə əlaqəli bir pozğunluq olduğu düşünülür.
 
Araşdırmalar qızıl standart müalicə olaraq badamcıq və adenoidlərin çıxarılmasını tövsiyə edir. Bu əməliyyatdan sonra immunitet sistemi tənzimlənir.
 
dr. Yavuz Səlim Yıldırım
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib