Toyuq əti, yumurta və süd kimi  məhsullardan ölmək olarmı? Salmonelloz təhlükəsi / İkinci yazı
23.11.2021 10:20

Bu xəstəliyin yoluxma yolları alimentar (əsas), kontakt-məişət, su, yoluxma faktoru ərzaq məhsullarıdır. Hər şeydən əvvəl salmonella saxlayan yumurtalar, hətta yumurta tozu, süd məhsulları,  heyvan və quş ətləri, az dərəcədə balıq və balıq məhsulları və s. xəstəlik təhlükəsi yaradır.

 

Aztibb.az salmonelloz infesiyasının insan sağlamlığına təhlükələri haqqında məqalədən mühüm məqamları oxucuları üçün paylaşır.

 

Salmonelloz adətən heyvan mənşəli qidaların qəbulu  vasitəsi ilə öz qurbanlarını “yaxalayır”, bununla belə, infeksiyanın “günahkarı” kifayət qədər emal edilməmiş yaşıl tərəvəzlər ola bilər.  

 

Salmonelloz xəstə quşların yumurtası ilə ötürülmə (transovarial) qabiliyyətinə malikdir, bu da xəstəliyin ən yayılmış yoludur.  Son zamanlar salmonelloz toyuqlar arasında fövqəldərəcədə populyarlaşıb.

 

Salmonellalar xüsusilə quş peyinlərində “özlərini yaxşı hiss edirlər”. Xəstələr salmonelloza əsasən toyuqlardan yoluxurlar.  Biz toyuq yumurtasını və ətini daha çox istifadə edirik. Qaz yumurtaları ilə də yoluxmaq olar. 

 

Niyə məhz  əsas yoluxma mənbəyi toyuqlar hesab olunur? Xəstəlik onlarda yüngül keçir,  bəzən cücələr ölür. Toyuqların özləri sağalır, sonra da infeksiyadaşıyıcısı  kimi digər toyuqları  və həmçinin quşçuluq fabrikləri işçilərini yoluxdururlar. 

 

Xəstəlik  ən çox yaz-yay ayları təsadüf edir. 

 

Salmonellyozda gizli dövr orta hesabla 12-24 saatdır. 3 klinik forma ayırd edilir: yerli (qastrointestinal) ,  yayılmış , bakteriyaifrazetmə. 

 

Ən geniş yayılmış yerli formanın çox rast gələn variantı isə qastroenteritdir. Bu forma eyni vaxtda intoksikasiya təzahürləri (hərarətin yüksəlməsi, ümumi zəiflik, titrətmə,  baş ağrısı) və mədə-bağırsaq traktının zədələnmə əlamətləri (ürəkbulanma, qusma, epiqastral, ileosekal nahiyədə və göbək  ətrafında – “salmonelloz üçbucağı”nda ağrı, ishal, qarın orta dərəcədə köp və qurultu) ilə başlayır.

 

 

 

Nəcis duru, bol, üfunətli, köpüklü, qəhvəyimtil, tünd-yaşılımtıl və ya sarımtıl-yaşılımtıl rəngli (“bataqlıq lili”) olur.  

 

Gedişinin ağırlığına görə 3 forması mövcuddur. Yüngül gediş: subfebril hərarət, birdəfəlik qusma, 1-3 gün davam edən, sutkada 5 dəfəlik duru, sulu nəcis ifrazı, I dərəcəli susuzlaşma əlamətləri. Orta ağır gediş: 38-390 C-dək  4 gün davam edən hərarət, təkrari qusma, 7 günə kimi davam edən, sutkada 10 dəfəlik nəcis ifrazı, I-II dərəcəli susuzlaşma əlamətləri. Ağır gediş: 5 gündən  artıq davam edən yüksək qızdırma (390 C), ifadəli intoksikasiya, çoxdəfəlik qusma, 7 gündən  çox  davam edən, sutkada 10 dəfədən çox, sulu, üfunətli nəcis ifrazı; qaraciyər və dalağın böyüməsi,  II-III dərəcəli susuzlaşma əlamətləri. 

 

Salmonellozun yayılmış formaları (tifoid və septiki) ciddi ağırlaşmalarla (irinli artrit, abseslər, pnevmoniya və s.) müşayiət olunur.  Bakteriyaifrazetmədə klinik əlamətlər olmur. 

 

Əksər hallarda salmonelloz uzun çəkmir, 10 gün ərzində sağalır və “xəstəlik  daha özü haqqında  bildirmir.” Lakin xoşaglməz nəticələr (dehidratasiya şokun və s.) qoya bilər. 

 

Salmonellozun  “qurbanları” yenidoğulmuş körpələr, yaşlı şəxslər və immuniteti zəif olanlardır, vaxtında müalicə etmədikdə onlar üçün xüsusilə təhlükəlidir, yüksək  ölüm faizi ehtimal edilir. 

 

Salmonellozun diaqnozu klinik-anamnestik məlumatlara əsaslanır və laborator müayinələrlə  (bakterioloji və seroloji) təsdiqlənir.  Bakterioloji müayinə bütün klinik formalarda vacibdir. 

 

tibb üzrə fəlsəfə doktoru Elza Orucovanın məqaləsindən

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində