Bir sual, bir cavab – Antimikrob nədir?
22.11.2021 13:00
Mikroorqanizmlərdə istər ətraf mühitdə, istərsə də insan bədəninin səthində və daxilində mübarizədən ötrü tətbiq edilən müxtəlif mənşəli kimyəvi maddələrin böyük bir qrupuna antimikrob maddələr deyilir.
 
Antimikrob maddələr iki böyük qrupa bölünür: antiseptik və dezinfeksiyaedicilər.
 
Antiseptik maddələr insanın bədən səthində olan mikroorqanizmlərə təsir etmək üçün istifadə edilir.
 
Dezinfeksiyaedici maddələr xarici mühitdə olan mikrobları məhv etmək üçün işlədilir.
 
Antimikrob maddələr bakteriosid (mikrobları məhv edən) və bakteriostatik (mikrobların inkişafını dayandıran) maddələrə bölünür.
 
Antimikrob maddələrin təsiri onların qatılığından, təsir müddətindən, məhlulların hərarətindən asılıdır.
 
Kimyəvi terapevtik maddələr insanın orqanizmi daxilində olan mikroblarla mübarizədən ötrü tətbiq edilir, onların inkişafını dayandırır. Bu maddələr müəyyən mikroorqanizmlərə və ya hüceyrələrə seçici təsir göstərir. Bir çox infeksion və parazitar xəstəliklərdə, bədxassəli törəmələrdə spesifik təsir göstərir.
 
bioloq Sevda Zamanova
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib