Toyuq əti, yumurta və süd kimi  məhsullardan ölmək olarmı? Salmonelloz təhlükəsi / Birinci yazı
21.11.2021 23:22

Nə yeyirsinizsə, onların hamısı sizin əleyhinizə işləyə bilər. Siz necə fikirləşirsiniz, toyuq əti, yumurta, və süd kimi  məhsullardan ölmək olarmı?! Əfsuslar olsun ki, bu mümkündür, hərçənd ki, bu məhsullar salmonella mikroblarını saxlayır.

 

Aztibb.az salmonelloz infesiyasının insan sağlamlığına təhlükələri haqqında məqalədən mühüm məqamları oxucuları üçün paylaşır.

 

Çiy yumurta sizin sağlamlığınız üçün təhlükəli ola bilər. Yumurta salmonella üçün məskən ola bilər. Məhz buna görə vaxtilə postsovet məkanında uşaqları  südlü qayğanaqdan  məhrum etdilər. 

 

Qızardılmış toyuq və bişmiş yumurta yedikdən sonra mədədə ağrı, qusma və ishal olduğunu müşahidə etsəniz, bu, salmonella infeksiyası ola bilər.

 

Diqqət çəkən məqam odur ki, digər bağırsaq infeksiyalarından fərqli olaraq salmonellozu  bir növ “kəndli“ xəstəliyi hesab etmək olmaz. O əsas etibarı ilə iqtisadi cəhətdən inkişaf etmiş iri şəhərlərdə rast gəlinir.

 

Bütövlükdə, diareya sindromu ilə gedən bağırsaq infeksiyaları sağlam olmayan qidalardan keçən ən geniş yayılmış xəstəliklərdir.

 

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə bu xəstəliklərlə ildə 500 mln insan xəstələnir, 220 mln-u 5 yaşa qədər uşaqlar  təşkil edir. Salmonelloz isə bütün dünyada diareyanın ən çox yayılmış və ondan baş verən  ölümün 4 əsas səbəbləridən biri sayılır.

 

Dünya miqyasında hər il salmonelloz böyük sayda ölümlə nəticələnir. Avropada bu xəstəlik o qədər yayılıb ki, onun bir qədər azalmasının sevincini Avropa Qida Təhlükəsizliyi Təşkilatı Mərkəzinin (EFSA) baş elmi işçisi Marta Hüqas belə bölüşüb: “salmonellozun azalması son 10 ildə qida təhlükəsizliyi sistemində uğurlu hadisədir”.   

 

Salmonelloz veterinar, tibbi-ekoloji və sosial problemli və ən geniş yayılmış zooantroponoz infeksiya kimi  onunla mübarizənin çətinliyinə görə özünə bərabəri yoxdur. 

 

Öncədən xəbərdarlıq! Əgər siz özünüzdə və ya yaxınlarınızda bu xəstəlikdən şübhələnirsinizsə, təcili olaraq tibbi yardıma müraciət edin və özbaşına müalicə ciddi ağırlaşmalara səbəb ola bilər! 

 

 

 

Salmonelloz – salmonellaların müxtəlif serotipləri tərəfindən törədilən, mədə-bağırsaq traktının zədələnməsi ilə, əsasən qastrointestinal formada, az hallarda isə yayılmış formada cərəyan edən, zoonoz mənşəli kəskin bağırsaq infeksiyasıdır. 

 

Salmonellalar tez-tez məməlilər, quşlar  və sürünənlərin bağırsaqlarında olan və adətən yumurta, ət və süd məhsulları daxil olmaqla heyvan mənşəli  məhsullar vasitəsi ilə insanlara yayılmış bakteriyalardır.

 

Daha çox rast gələn salmonellalar: S. enteridis (ağır gedişi şərtləndirən əsas törədici) S. typhimurium, S. heydelberq, S. anatum,  S. london, S. moskov,  S. infantis, S. newport. Rusiya və ABŞ-da S. enteridis dominant mövqe təşkil edir. Son zamanlar salmonellaların  antibiotiklərə yüksək polirezistent ştamları (“qospital ştamlar”) yaranıb.

 

Salmonellalar ət, süd məhsullarında nəinki qalır, hətta çoxalırlar. Onların məhvi üçün keyfiyyətli termiki emal tələb olunur. 

 

İnfeksiya mənbəyi əsasən quşlar, xüsusən ev quşları  (toyuq, hindtoyuğu, ördək), ov quşları, iribuynuzlu mal-qara, donuzlar, itlər, pişiklərdir. Həmçinin amfibiyalar (qurbağalar), reptiliyalar (tısbağalar, kərtənkələlər, ilanlar, iquanlar), kemurqenlər (siçanlar və siçovullar) infeksiyanı yaya bilər.

 

tibb üzrə fəlsəfə doktoru Elza Orucovanın məqaləsindən

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev