Balıqların insanlarda törədə biləcəyi invazion və infeksion xəstəliklər – İkinci yazı
20.11.2021 19:53

Sağlam balıq və ondan hazırlanan məmulatları tədarük etdikdə bioloji təhlükəli faktor sayılan xəstəliklər barədə də dolğun məlumatlı olmalıyıq.

 

Respublikamızın təbii su hövzələrində, balıqyetişdirmə təsərrüfatlarında balıqlarda bəzi infeksion və invazion xəstəliklərə rast gəlinir.

 

Aztibb.az balıqların insanlarda törədə biləcəyi invazion və infeksion xəstəliklər haqqında növbəti yazını təqdim edir.

 

İnvazion xəstəliklər

 

Azərbaycanda balıq parazitlərinin müfəssəl öyrənilməsinə XX əsrin 30-cu, şirin su balıqlarında isə 50-ci illərdən başlanıb. Aparılan tədqiqatların nəticələrindən görünür ki, respublikamızın təbii su hövzələri və balıqyetişdirmə təsərrüfatlarında müxtəlif balıq xəstəlikləri törədən 50 növdən çox parazit mövcuddur.

 

Balıqlar əksər parazitlər üçün həm aralıq, həm də axırıncı sahib hesab olunur. Aralıq sahib məhz balıqlar olan parazitlərin axırıncı sahibi müxtəlif məməli heyvanlarla bərabər, həmçinin insan hesab olunur. Bu baxımdan insanlara qurdların bəziləri məhz balıq vasitəsilə keçir.

 

Helmint insanın qaraciyər, öd kisəsi, mədəaltı vəzidə toplanaraq bu orqanlara həm mexaniki, həm də fizioloji zərər yetirir. Öd axarlarına toplanan helmint, onun yumurtaları, ifrazat məhsulları ödün normal axmasını ləngidir, öd yollarını genişləndirir.

 

Opistorxoz bəzən hepatit və pankreatinlə nəticələnir. Xəstədə ağrılar, iştahasızlıq, baş gicəllənməsi, baş ağrısı və digər mənfi hallar müşahidə olunur. Helmint temperatura qarşı davamlıdır. Yalnız 72-80ºC-də məhv olur. Odur ki, kifayət qədər bişirilməyən və ya qızardılmayan ətində parazit olan balıqdan, eləcə də qaxaclanmış və soyuq hislənmiş balıqdan insana yoluxa bilər. Xəstəliyin baş verməməyi üçün su hövzələri insanların nəcisi və ətyeyən heyvanların ifrazatı ilə çirklənməməlidir.

 

 

Metaqonimoz  ilk dəfə 1911-ci ildə balıqların çiy halda yeyilməsinə üstünlük verən Tayvan və Çin əhalisində aşkar edilib. Bu xəstəlik törədicisinə Xəzərin cənub sahilində xul balığında, Mingəçevir su anbarında çəki, külmə, çapaq və digər balıqlarda təsadüf edilir.

 

Kariofilloz xəstəliyini lentşəkilli qurd sinfinə aid olan Caryophullaeus laticeps qurdları yaradır. Balıqda müəyyən miqdarda parazit olduqda bağırsağın selikli qişasının iltihabı və ümumi anemiya baş verir. Bu xəstəlik respublikamızın Qızılağac, Kürağzı, Şirvan balıqyetişdirmə təsərrüfatlarında çapaq, külmə və başqa balıqların bağırsağında tapılıb.

 

İnfeksion xəstəliklər

 

İnfeksion xəstəlikləri mikroorqanizmlər və kiçik yosunlar törədir. Dünya üzrə balıq ovunda baş verən dəyişiklik, əhalinin tələbatının ölkə daxili sututarlarda hasil edilən balıqla ödənilməsinin ön plana keçdiyi bir dövrdə balıqların tutula biləcəyi infeksiya xəstəliklərinin öyrənilməsinə xüsusi fikir verilməlidir. Balıqlarda daha çox rast gəlinən infeksiya xəstəliklərindən qırmızı ləkə (qızılyel), çiçək xəstəliyi (ospa), üzmə qovuğunun iltihabı, furunkulyoz, branxiomikoz, dermatomikoz və digərlərini göstərmək olar.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu