Bir sual, bir cavab – Parazitlər ölümə səbəb ola bilərmi?
19.11.2021 10:13

Adətən, insanlar orqanizmimizdə qurdların yalnız soxulcan formasında olduğunu düşünür. Əslində, daxilimizdə yaşayan parazitlərin yalnız qurdlardan ibarət olduğunu düşünmək yanlışdır.

 

Müxtəlif orqanlarda cürbəcür parazitlər yaşayır və onlar çox fərqli problemlərə səbəb olur.

 

Qurdlar və helmintlər cox təhlükəlidirlər. Onlar sözün həqiqi mənasında bağırsağı dağıdır və onun daxilində çürüməyə səbəb olurlar. Bu isə nəticədə ölümə aparıb çıxarır. Yeri gəlmişkən, helmintləri aşkarlamaq və məhv etmək çox çətindir.

 

Qurdların bu növü ilə yanaşı, insanın qaraciyəri, beyni, ağciyəri, qan və mədəsində yaşaya bilən minlərlə parazit növü var və onların demək olar ki, hamısı öldürücü təsirə malikdir.

 

Onlardan bəzisi dərhal təcavüzkar bir şəkildə fəaliyyətə keçir və bədəni məhv edir. Digərləri isə bir müddət, bədən müqavimətini itirənə qədər gizli fəaliyyət göstərir və nəticədə insan ölür.

 

Bu parazitlər mütəlif ölümcül fəsadlara səbəb olurlar: infarkt, xərçəng xəstəliyi, qaraciyərin serrozu, nefrit, böyrək çatışmazlığı və s.

 

Eyni zamanda, mən əminliklə söyləyə bilərəm ki, bizim hamımızın bədənində müxtəlif qurdlar yaşayır. Ancaq, qurdların əksər növlərini aşkar etmək son dərəcə çətindir. İnsanlar çoxsaylı qurdlara yoluxduqlarını hiss etdikdə, həkimlər səbəbləri deyil, simptomları müalicə etməyə çalışırlar.

 

İnsan orqanizmində parazitar infeksiyanı müəyyən edən ən geniş yayılmış simptom papillomaların mövcudluğudur.

 

tibb üzrə fəlsəfə doktoru Elmira Kərimova

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib