Bir sual, bir cavab – Nazik bağırsaq keçməməzliyi nəyə görə yaranır?
17.11.2021 15:11
Nazik bağırsaq keçməməzliyi əməliyyatdan sonra bağırsaq yapışıqlığı, həzm sistemi şişləri, yayılma (metastaz) verən şişlər,bağırsaq vərəmi, qrıja boğulması, Crohn xəstəliyi, poliplər, nazik bağırsaq dönməsi (volvulus), öd daşlarına bağlı keçməməzlik və s. səbəblərdən yaranır.
 
Ən çox nazik bağırsaq keçməməzliyi təşkil edən əməliyyatlar appendisit, yoğun bağırsaq əməliyyatları (kolorektal cərrahiyyə), ginekolojik əməliyyatlar, mədə və onikibarmaq bağırsağı əməliyyatlarıdır. Alt qarın bölgəsi əməliyyatlarının üst qarın bölgəsi əməliyyatlarına nisbətən daha çox nazik bağırsaq keçməməzliyinə səbəb olmaqdadır.
 
Nazik bağırsaq keçməməzliyi qismi və ya tam, ya da sadə və ya boğulmuş ola bilər.
 
Bağırsaq keçməməzliyi olan hissənin üst hissəsindəki bağırsaqda genişlənmə olur və bu hissədə həzm sistemi ifrazatları və udulan hava toplanır. Bu bağırsaq genişlənməsi daha çox ifrazat edilməsinə xəbərdarlıq edir və yığılan mayelər getdikcə artır. Bunun nəticəsində keçməməzliyin həm üst hissəsində həm də alt hissəsində bağırsaq hərəkətləri artır,xəstə tez-tez və yumşaq bir şəkildə defekasiya aktı yerinə yetirmiş olur və qaz çıxardır. Üst hissələrdə olan bağırsaq keçməməzliklərində qusma baş verir, bu vəziyyət bağırsağı sıxışdıraraq bağırsaqdakı şişliyi daha da artırır.
 
Bağırsaq keçməməzliyi lazımi şəkildə müalicə edilməzsə, bağırsağın qidalanma pozğunluğu, nəticədə fəsadına (nekroz və ya çürümə) sonra da bağırsaq deşilməsi və peritonit adı verilən geniş qarın pərdəsi iltihabına səbəb olur. Bu mənzərə təcili olraq müalicə edilmədiyi təqdirdə ölümcül hal ortaya çıxar. İlk 36 saatda əməliyyat keçirilsə ölüm nisbəti 8%-ə qədər azalar və 36 saatdan sonra aparılan əməliyyat hallarında ölüm nisbəti isə 25%-ə qədər yüksələ bilər.
 
Ümumi cərrah Fuad Nəzərov
 
Aztibb.az
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib