İntiharlara səbəb yaradan xəstəlik – Kiberbullinq
13.11.2021 13:33
UNICEF-ə görə bullinq uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranışdır. Bullinqin (zorakılığın) bir çox növləri var; kiber, sosial, şifahi, psixoloji və fiziki zorakılıq.
 
Aztibb.az xəbər verir ki, son zamanlar rast gəlinən fiziki və psixoloji problemlərin kökündə dayanan səbəblərdən biri də müasir dövrün bəlası kiberbullinqdir.
 
Kiberbulinqdə 2 tərəf var: aqressor və qurban. Aqressor neqativ, tənqid, təhqir dolu rəy, status, mesaj yazır, qurban isə hədəfdir.
 
Qurban bu hücumla zəhərlənir, daxilən gərginlik, stress keçirir, qəzəb, kin, kədər, özünə əminsizlik, təhlükədə olduğunu düşünür, qarşı tərəfi tanımasa və real həyatda üzləşməsə belə bütün bunları real təhlükə kimi qəbul edir.
 
Uzun müddətli kiberbullinq postravmatik stres və təşviş pozuntusuna səbəb olur, yuxu pozulur, başağrıları, miqren başlayır, insan özünə qapanır, immunitet zəifləyir, iştaha azalır, depressiya və nevroz, panik atak başlayır, diqqət yayqınlığ, hərəkətlərdə süstlük, qəribə davranış, gözlərdə dəyişiklik hiss olunur.
 
Ən yüksək həddə qurban hətta intihar fikirlərinə düşür. Çox zaman uşaqlar, yeniyetmələr, məktəblilər, gənc qızlar bu barədə valideynlərinə, müəllimlərinə demir, təhsildə yayınır, geri qalır və səbəbi soruşduqda aqressiv davranır və ya ağlayır.
 
Kiberbulinqin təsiri ilə adamlar sosial adaptasiya ola bilmir, təhsildə, işdə geri qalır, yeniliklərdən qaçır, münasibət qura bilmir, ailə qurmaq istəmir, dünyanı və insanları özü üçün təhlükəli bilir.
 
Azərbaycanda və digər ölkələrdə baş vermiş intiharların səbəblərini araşdırdıqda bullinq və intihar arasında əlaqənin çoxluğu ortaya çıxır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib