Tibb Universitetinin baş müəllimi "Fulbright" proqramının qalibi olub - Foto
11.11.2021 16:16
ATU-nun Sitologiya, Embriologiya və Histologiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Günel Əyyubova "Fulbright" proqramının 2020-2021-ci il üzrə qalibi olub.
 
Aztibb.az xəbər verir ki, proqram çərçivəsində o, ABŞ-ın Texas A&M Universitetinin Regenerativ Təbabət İnstitutu, Hüceyrəvi və Molekulyar Təbabət kafedrasında elmi tədqiqat işi aparıb. Tədqiqatın məqsədi Alzheymer xəstəliyinin, o cümlədən yaddaş pozğunluğu ilə müşahidə edilən digər xəstəliklərin müalicəsində kök hüceyrə mənşəli ekzosomların effektliyinin öyrənilməsi olub.
 
Bununla yanaşı, G.Əyyubova tibb sahəsinin bir çox müasir tədqiqat metodlarını da öyrənib və tətbiq edib.
 
"Yaddaş pozuntuları ilə müşahidə edilən neyrodegenerativ xəstəliklər günü-gündən artmaqda davam edir. İnanıram ki, apardığım tədqiqat işi onların effektiv müalicə üsullarının tapılmasına kömək olmaqla yanaşı, Azərbaycanda bu növ xəstəliklərin tədqiqi üçün zəmin yaradacaq. Gələcək namizədlərə isə özlərinə inamlı olmağı, qarşıya qoyduqları məqsədlərinə doğru irəlilədikdə maneələri dəf etməyi bacarmağı, təhsil və bacarıqlarını daim inkişaf etdirməyi, istər ölkəmiz, istərsə də dünya üçün faydalı işlər görməyə çalışmalarını tövsiyə edirəm".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır