Plastiklər ana bətnində belə körpələrə zərər verməyə başlayır – TƏDQİQAT
11.11.2021 17:50
ABŞ-ın Nyu York Universitetinin Tibb fakültəsinin alimləri körpələrin nəcisindəki mikrohissəcikli plastikin miqdarının böyüklərinkindən 10 dəfə çox olduğunu göstərən bir araşdırma aparıblar.
Aztibb.az xəbər verir ki, eyni vaxtda Hollandiyanın Utrext Universitetinin alimləri də plastiklərin körpə və uşaq sağlamlığına təsiri ilə bağlı yeni bir tədqiqat materialı dərc etdiriblər.
Amsterdamda keçirilən Plastik Sağlamlıq Sammitində araşdırma nəticələrini ictimaiyyətlə paylaşan alim Hanna Dusza mikro ölçülü plastiklərin ana bətnində olan körpələrə təsir etdiyini söyləyib. O, qeyd edib ki, hətta diş məcunu, şampun və tablet dərmanlarında belə 5 millimetrdən kiçik plastik hissəciklər aşkar edilib və bunlar dölün sağlamlığına mənfi təsir göstərir.
Araşdırmanın ən diqqət çəkən cəhətlərindən biri də plastik hissələrin ana bətnində körpə üçün zərərli ola biləcək digər kimyəvi maddələri daşıya bilməsidir.
Tədqiqata görə ana bətnində olan körpələrin ətraf mühiti təhlükəli şəkildə çirkləndirən PCB əsaslı kimyəvi maddələrdən təsirləndiyi bildirilir.
Məlumdur ki, uzun illər bir çox sahələrdə istifadə edilən PCB əsaslı plastik məmulatlar canlılarda gen dəyişikliyinə və zəhərlənmələrə səbəb olur.
Heyvanlarda və insanlarda xərçəngə səbəb olan PCB əsaslı plastiklərin istifadəsi 1980-ci illərdə Avropada qadağan edilib.
Bu bölməyə aid digər xəbərlər
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
05.08.2026 | 12:15
Pediatr alim ana südü ilə qidalanma, dünya təcrübəsi və mövcud reallıqlarla bağlı çağırış edib
03.08.2025 | 12:52
Bayram tonqalı ətrafında təhlükəsizliyə diqqət!
19.03.2024 | 10:01
23 mart - Ümumdünya Meteorologiya Günü
23.03.2023 | 11:04
Daun sindromunun müalicəsi varmı?
21.03.2023 | 11:27
Bu gün Beynəlxalq Daun Sindromlu İnsanlar Günüdür
21.03.2023 | 10:14
Rayon qeydiyyatı olanlar Bakıda tibbi xidmətlərdən istifadə edə bilərmi?
17.03.2023 | 10:31
Qardaşının böyrəyi bacısına köçürüldü - Mərkəzi Klinikada növbəti uğurlu əməliyyat
16.03.2023 | 12:41
Bel bölgəsindəki piylənmənin əsas səbəbləri
16.03.2023 | 08:00
Quş qripi ilə əlaqədar qida təhlükəsizliyinə dövlət nəzarəti gücləndirilib
15.03.2023 | 12:51
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41

