A vitamini çatışmazlığı qulaq iltihabına səbəb olur
05.11.2021 17:20
Çox vaxt ailələr həkimə müraciət etmədən uşaqlarına vitaminlər verirlər.
 
Lakin mütəxəssislər uşağın vitamin istifadəsi üçün ilk növbədə həkim tərəfindən müayinə olunmasını, lazımi müayinələr aparıldıqdan və hər hansı vitamin çatışmazlığı aşkar edildikdən sonra əlavə qəbul edilməsini tövsiyə edirlər.
 
Aztibb.az həkimlərin rəyinə əsaslanaraq xəbər verir ki, A vitamini qulaq infeksiyalarına qarşı olduqca əhəmiyyətlidir. Bu infeksiyaya qarşı müalicə aparılsa da, əgər A vitamini çatışmazlığı varsa müalicə qeyri-kafi ola bilər.
 
A vitamini çatışmazlığı uşaqlarda boy ləngiməsi, toyuq korluğu (gecələr görmənin zəifləməsi), dəridə qaşıntı, qabıqlanma, görmənin zəifləməsi, gözdə quruluq, konyuktivit, saçların tökülməsi, başda kəpək, iştahanın azalması kimi şikayətlərə səbəb olur.
 
Kifayət qədər A vitamini qəbul edilir, amma orqanizmdə sovrulmursa, bu, mədə-bağırsaq pozğunluğu ilə əlaqəli ola bilər.
 
Həmçinin qaraciyər xəstəliyi, sirrozda, lyambliya, qurd, parazit olduqda, xroniki diareya, piylənmə, şəkərli diabet zamanı da bu vitamin yaxşı mənimsənilmir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib