Vitamin B1 və B2 deposu! Bədəndən toksinlərin çıxarılmasını asanlaşdırır
02.11.2021 16:53
Dietoloqlar sağlam qida mənbəyi olan şabalıdın faydaları ilə bağlı verdiyi açıqlamada, şabalıdın tez yorulan və halsızlaşan zəif insanlar üçün enerji deposu olduğunu bildirib.
 
Aztibb.az mütəxəssislərin rəyinə əsasən xəbər verir ki, şabalıdın tərkibində keyfiyyətli həzm olunan lifli, az yağlı maddələr, xüsusilə nişasta, şəkər və müxtəlif mineral maddələr var.
 
Təsəvvür edin ki, 3 şabalıd 1 dilim çörəyi əvəz etdiyi üçün porsiyaya nəzarət edilmədikdə çəki artımına səbəb ola bilər.
 
Şabalıdın tərkibində sadə karbohidratlardan daha yavaş sorulan mürəkkəb karbohidratlar var. 15 qram qaynadılmış şabalıd 25 kalori ehtiva edir.
 
Axşam qəlyanaltı olaraq 5-6 şabalıd yeyiləcəksə, çörək, şorba, düyü kimi karbohidratlı qidaları məhdudlaşdırmaq olar.
 
B1 və B2 vitaminləri ilə zəngin olan şabalıd buğda allergiyası, qlütenə qarşı həssas olanlara və çölyak xəstələri üçün keyfiyyətli qida mənbəyidir.
 
Sakitləşdirici xüsusiyyətə malik olan şabalıd depressiya və stressə də yaxşı gəlir.
 
Erkən qocalmanın qarşısını alan və bədəndəki toksinlərin asanlıqla atılmasını təmin edən şabalıd bağırsağın dostudur.
 
Tərkibindəki yüksək kalium olduğu üçün kalium çatışmazlığı olanlara tövsiyə edilən şabalıd qan təzyiqini tənzimləyərək qan dövranını da sürətləndirir.
 
Çox yedikdə köp, ishal və ya qəbizlik kimi bəzi həzm sistemi problemlərinə səbəb ola biləcəyi xəbərdarlıq edilir.
 
Xüsusilə pəhriz saxlayan və qaraciyəri yağlananlar şabalıddan çox ehtiyatla istifadə etməlidirlər. Şəkərli diabet və təzyiq xəstələri də həddindən artıq şabalıd yeməkdən çəkinməlidirlər.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib