Çinin cənubunda ölümcül çaxnaşma - Yoluxanların yarısı ölür!
29.10.2021 16:32

Çinin Quanqdonq Əyalətinin Səhiyyə Komissiyası 10 milyon əhalisi olan Donqquan şəhərinin yerli sakinlərindən birinin H5N6 variantı olan “quş qripi”nə yoluxduğunu bildirib.

 

Aztibb.az xəbər verir ki, xəstələnənlərin virusa necə yoluxduğu hələ məlum deyil.  

 

Quş qripi ailəsinə aid olan H5N6 yarımtipi xüsusilə ölümcüldür, yoluxanların yarıdan çoxunu öldürür və bütün yaş qruplarında ağır xəstəliklərə səbəb olur. 

 

Mütəxəssislər yeni yayılan infeksiyanın yoluxma tezliyinin artmasından narahatdırlar. 

 

Bütün H5N6-ya yoluxmaların demək olar ki, yarısı 2021-ci ildə olub. 2020-ci ildə isə yalnız beşi yoluxma hadisəsi aşkar edilib. 

 

Bəzi elm adamları virusun mutasiyaya uğradığını və daha da yoluxucu olduğunu düşünür. 

 

Virusun yeni variantı daha yoluxucu ola bilər. Hazırda ev quşlarında bu virus çoxdur. Ona görə də daha çox insan yoluxur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib