Avropada qrip mövsümü yaşlılar üçün ağır ola bilər – Xəbərdarlıq
27.10.2021 15:24
Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin bəyanatına görə, Avropa İttifaqı ölkələrinin əksəriyyətində qrip halları hələ də aşağı səviyyədədir. Bununla belə, Xorvatiya və digər bəzi ölkələrdə qrip virusunun yayılması orta göstəricilərdən yüksəkdir.
 
Aztibb.az xəbər verir ki, mərkəzin rəsmiləri Avropa ölkələrində rast gəlinən və qripə səbəb olan H3N2 qrip virusunun xüsusilə yaşlılara təsir etdiyini bildiriblər. Qeyd olunub ki, H3N2-nin alt növünün səbəb olduğu halların erkən aşkarlanması qarşıdan gələn qrip mövsümünün ağır ola biləcəyini göstərir. Bu, hətta COVID-19-la mübarizə aparan səhiyyə sistemlərinə əlavə yük yarada bilər.
 
Mərkəzin məlumatlarına görə, əhalinin 20 faizi hər il qrip virusuna yoluxur və simptomlar virusa yoluxan hər 4 nəfərdən birində müşahidə olunur.
 
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir