Həkim reportajı: Bu xəstəliyə zərərli vərdişlərdən əl çəkənlər tutulurlar  
27.10.2021 13:51

Abstinensiya morfin, kokain, alkoqol və s. kimi narkotiklərin uzun müddət işlədilməsindən tamamilə əl çəkilməsi nəticəsində əmələ gələn birləşmiş psixi və somatonevroloji pozğunluqlardan ibarət xəstəlikdir. Abstinensiya zəiflik, çox tərləmə, qusma, ishal, əllərin titrəməsi, oynaqlarda ağrı, təngnəfəslik, ürək döyünməsi, yuxusuzluq ilə xarakterizə olunur.

 

Abstinensiya vəziyyətində xəstə süst və əzgin, yaxud əksinə, həyəcanlı və əsəbi olur. Ağır abstinensiya sindromu təcavüzük və pozucu təmayüllərlə cərəyan edə bilər. 

 

Xəstələr çox vaxt ağlayırlar və nəyin bahasına olursa-olsun, narkoz əldə etmək üçün yalandan onlarda ağrı tutması olduğunu göstərməyə cəhd edirlər, çünki abstinensiyalı xəstələrin orqanizminə narkoz yeridildikdə çətin dözülən əzabverici ağrılar tamamilə kəsilir.

 

Abstinensiyanın dayandırılması həkimin təyinatına görə tibb bacısı tərəfindən həyata keçirilən bir sıra təşkilati və müalicə tədbirlərindən ibarətdir. Bu zaman xəstəyə baxım xüsusi əhəmiyyət kəsb edir. Xəstə üçün yataq rejimi və ən ciddi gündəlik nəzarət təyin edilir. Onun başqaları ilə görüşməsi qadağan edilir, çünki xəstənin qohumları ona narkotiklər gətirə bilərlər.

 

Xəstə üçün ancaq yüngül həzm olunan, zülallar və vitaminlərlə zəngin pəhriz təyin edilir. Abstinensiyanın dayandırılması üçün, həkimin təyinatına görə əzələyə insulin, neyroleptiklər (aminazin, tizersin, etaperazin, xlorprotiksen) və trankvilizatorlar (diazepam, seduksen, xlordiazepoksid - elenum), venaya qlükoza və kalsium-xlorid yeridilir.

 

Tibb bacısı dərmanların vaxtlı-vaxtında qəbul edilməsinə ciddi fikir verməlidir, çünki xəstələr çox vaxt müalicədən imtina edirlər. Xəstələrin narkotikləri oğurlamasına yol verməmək üçün dərmanların yaxşı qorunması qayğısına qalmaq lazımdır.


Abstinensiya dövrü 14 günə qədər davam edir. Bu dövr ərzində xəstələrin ürək fəaliyyətinin kəskin surətdə aşağı düşməsinə yol verməmək üçün tibb bacısı hər gün xəstələrin nəbzini və arteriya təzyiqini yoxlamalıdır.

 

həkim  İ.S. Proxorova

Aztibb.az

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir