Qızdırmalı xəstələrə necə qulluq edilməli? – TÖVSİYƏ
27.10.2021 12:55
Payız mövsümündə soyuqdəymə ilə əlaqədar qızdırma halı çox müşahidə olunur.
 
Aztibb.az qızdırmanın bütün dövrlərində xəstələrə düzgün qulluq etməklə bağlı həkim tövsiyəsini təqdim edir.
 
Qızdırmanın birinci mərhələsində xəstə titrədir, bütün bədəni sızıldayır, başı ağrıyır, dodaqları göyərir. Xəstəyə rahatlıq yaratmaq, yerinə uzatmaq, üstünü qalın örtmək, ayaqlarına isitqac qoymaq, tünd şirin çay vermək, qapı-pəncərəni örtmək və xəstənin fizioloji funksiyalarına fikir vermək lazımdır.
 
Yüksək temperaturda mərkəzi sinir sistemi həddindən artıq oyanıq olduğu üçün xəstəni tək qoymaq qorxuludur. O, yerindən dik qalxıb özünü pəncərədən ata bilər və s.
 
Temperatur nə qədər yüksək olsa və nə qədər çox qalxıb ensə, xəstə bir o qədər çox zəifləyir. Orqanizmin müqavimətini artırmaq və onun itirdiyini doldurmaq üçün xəstəyə duru və yarımduru, yüksək kalorili və tez həzm olunan yeməklər verilir.
 
İştahası azaldığı üçün xəstəni sütkada 5-6 dəfə az-az yedizdirmək lazımdır. Qızdırma zamanı qana toksik məhsullar sorulur, bunları bədəndən çıxarmaq üçün xəstələrə çoxlu meyvə və giləmeyvə şirəsi, mors, mineral su vermək lazımdır.
 
Mineral su şüşəsinin ağzını bir müddət açıq qoymaq lazımdır ki, qazlar çıxsın və xəstədə meteroizm əmələ gəlməsin.
 
Xəstələrin ağzı quruyur, dodaqları çatlayır. Buna görə də tibb bacısı xəstənin ağız boşluğunu tez-tez zəif natrium-hidrokarbonat (soda) məhlulu ilə silməli və dodaqlarına hər hansı yağ sürtməlidir, şiddətli baş ağrısında xəstənin başına buz qoyur və buz əridikdə dəyişirlər.
 
Temperatur birdən birə düşə bilər, bunun nəticəsində də damarların tonusu zəifləyir və arterial təyziq düşür, nəbz sapvari olur. Temperatur bu cür düşdükdə xəstə çox zəifləyir və tərləyir. Ətrafları soyuyur, dodaqları göyərir, dərini yapışqan soyuq tər basır. Bu hala böhran halı deyilir və təcili tədbir görmək lazımdır. Dəri altina arterila təzyiqi qaldıran dərmanlar: mazton, kofein, adrenalin vurulur.
 
Xəstənin dörd bir tərəfinə isitqac qoyulur, tünd ilıq çay və ya qəhvə içirdirlər. Çox tərlədikdə qurulayır, alt paltarını, lazım gəldikdə yataq ağlarını dəyişirlər. Temperatur düşdükdən sonra xəstə yuxuya gedir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib