Ana südü haqqında doğru bilinən yanlışlar – Birinci yazı
25.10.2021 14:43
Müharibə, yoxsulluq, təbii fəlakət və digər fövqəladə vəziyyətlərdə körpələrin sağ qalmasına səbəb olan və ətraf mühitdə baş verənlərdən asılı olmayaraq, körpələri ən keyfiyyətli qida ilə təchiz edən məhz ana südüdür. Zəngin tərkibi olan ana südü heç vaxt rəqib tanımır.
 
Aztibb.az yeni ana olmuş təcrübəsiz xanımlar üçün ana südü və əmizdirmə mövzusunda bəzi məlumatları təqdim edir.
 
Uşağa süd gələnə qədər süni qida vermək
 
Geniş yayılmış səhv məlumatlardan biri doğuşdan sonrakı 3-4 gün müddətində ananın döşlərində körpəni qidalandırmaq üçün lazımi miqdarda südün olmamasıdır. Həqiqətən də, bu dövrdə ananın döşlərində süd olmur. Lakin tərkibində ana südündən qat-qat zəngin zülal olan ağuz südü olur.
 
Məlumatlara görə, ana südünün 100 ml-də 0.9 qr zülal olduğu halda, eyni miqdarda ağuz südünün tərkibindəki zülalalın miqdarı 2.3 qr təşkil edir. Ağuz südü verməklə körpənizin bütün qida ehtiyaclarını ödəmiş olacaqsınız və süni qidaya heç bir ehtiyac qalmayacaqdır.
 
Körpəyə ana südü ilə bərabər əlavə maye və qida vacibdir
 
Ana südü məişət dili ilə desək, həm yemək, həm də içməkdir. Körpənin ilk 6 ayında ana südündən başqa heç bir əlavəyə ehtiyacı yoxdur. Hətta qızmar yayın istisində belə ana südü ilə qidalanan körpəyə əlavə mayenin verilməsi lazımsızdır. İsti iqlim ölkələrində körpələrin sadəcə olaraq daha tez-tez əmizdirilməsini tövsiyə edilir.
 
Mütəxəssislər 6 ayına qədər körpəyə ana südündən başqa heç bir qidanın (su, meyvə, tərəvəz, şirə, sıyıq və s.) verilməsini məsləhət görmür, əksinə bu halın gələcəkdə körpənin sağlamlığında fəsadlara səbəb olacağını bildirirlər.
 
Bir sıra təşkilatlar tərəfindən 6 ayından aşağı körpələr üçün qidaların istehsal olunmasına məhdudiyyətlər qoyduğu halda, hələ də əksər ölkələrin dükanlarında (Azərbaycan da daxil olmaqla) 4 aylıq körpələr üçün nəzərdə tutulan hazır qidalara rast gəlmək olar.
 
 
Kanada Pediatrik Cəmiyyəti, Kanada Dietoloqları və Kanada Səhiyyənin (The Canadian Paediatric Society, The Dietitians of Canada, Health Canada) birgə nəşr etdirdikləri bəyanatda bildirilər ki, “Ana südü körpələr üçün ən optimal qidadır. Buna görə də körpələr 2 yaşlarına qədər ana südü ilə qidalanmalıdırlar”.
 
Ana südü dəyişmir
 
Ananın südü körpənin ehtiyaclarından asılı olaraq günü-gündən həm miqdar, həm də keyfiyyət baxımından dəyişmək qabiliyyətinə malikdir. Ananın və ya körpənin xəstə olması südün tərkibində xəstəliklə mübarizə apara bilən əlavə anti-cisimlərin ifraz olunmasına səbəb olur. Ananın qidalandığı yeməklərin dadı südə tam verir. Məhz bu səbəbdən ana südü ilə qidalanan körpələr daha rahat “ümumi qida masasına” keçir və yeməklər arasında daha az fərq qoyurlar.
 
Süni qidanın tərkibində ana südündə olduğundan artıq vitamin var
 
Sözsüz ki, ana südü və süni qidanın tərkibində olan vitaminlərin miqdarına baxsanız, çox təəccüblənəcəksiniz. İnanmazsınız, lakin süni qidanin tərkibində vitaminlər qat-qat çoxdur.
 
Lakin yenə də ana südü üstünlüyünü itirmir. Çünki ana südündə olan az miqdarda dəmir təbii olduğundan daha böyük faydaya malikdir. Ana südünün həzm olunması çox rahatdır və həzm prosesinin getməsi üçün daha az vitaminə ehtiyac duyulur. Sintez olunmuş süni qidanın həzminə isə külli miqdarda faydalı maddə sərf olunur. Məhz bu səbəbdən süni qidaların tərkibindəki vitaminlərin miqdarı qat-qat artırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib