Alimlər müasir insan beyninin kiçilməsi səbəbini aydınlaşdırıblar  
25.10.2021 14:29

Amerikalı alimlər müasir və qazıntı halında tapılmış 985 insan kəlləsini analiz edərək müəyyənləşdiriblər ki, insan beyni iki dəfə - 2,1 və 1,5 milyon il əvvəl kəskin şəkildə böyüyüb, sonra isə nisbətən yaxın vaxtlarda - üç min il əvvəl yenidən kiçilib. Qarışqalarla paralellik aparan alimlər belə bir fərziyyə irəli sürüblər ki, beyinin kiçilməsi bir sıra funksiyaların kollektiv dərketməyə keçməsi ilə paralel baş verib. Tədqiqatın nəticələri “Frontiers in Ecology and Evolution” jurnalında dərc edilib. Məlumdur ki, insan beyni Pleystosen dövründə böyüyüb, sonra isə Holosendə qəfil kiçilib. Bunun səbəbi indiyədək məlum deyildi.

 

Aztibb.az "RİA Novosti"-yə istinadla xəbər verir ki, Dartmut Kollecindən Ceremi De Silvanın sözlərinə görə, təəccüblü fakt müasir insan beyninin Pleystosen əcdadları ilə müqayisədə daha kiçik olmasındadır. Bunun səbəbi antropoloqlar üçün qaranlıq qalıb.

 

Müxtəlif növ qarışqa koloniyalarının struktur və ölçülərinin, habelə ayrı-ayrılıqda həşəratların fiziologiyasının və enerjidən istifadənin tədqiqi prosesində alimlər aşkar ediblər ki, yaxşı təşkilatlanmış koloniyalarda qarışqanın bədən ölçüsü zəif təşkilatlanmış dəstələrdə olan qarışqadan kiçikdir.

 

Beyin ən mürəkkəb və enerji tələb edən orqandır. Müəlliflər hesab edirlər ki, dəqiq vəzifə bölgüsünün olduğu, qərar qəbulunun kollektiv düşüncə səviyyəsinə verildiyi qarışqa qruplarında həşəratların beyninin ölçüsü daha çox enerji effektli olmaq üçün kiçilib.

 

Qarışqa və insan birlikləri bir-birindən fərqlənsələr də, onların ümumi sosial cizgiləri, o cümlədən qrup halında qərar qəbulu, əmək bölgüsü və ərzaq məhsulunun birgə istehsalı kimi xüsusiyyətləri var. Lakin bu xüsusiyyətlər insana heç də hər zaman aid olmayıb və Pleystosen və Holosen dövründə, insanların qəbilə quruluşundan tayfa təsərrüfatına keçdiyi zaman baş verib. Elə həmin vaxt beyinin ölçüsü də dəyişib.

 

Müəlliflərin fikrincə, tədqiqatın uğuru onunla bağlıdır ki, bu işdə müxtəlif sahələrdən mütəxəssislər iştirak edib.

 

Boston Universitetindən Ceyms Traniyellonun sözlərinə görə, bioloji antropoloq, davranış ekoloqu və təkamül neyrobioloqu beyinin təkamülü haqqında fikir mübadiləsi aparıblar. Müəyyən edilib ki, insan və qarışqaların birgə tədqiqi bu suala cavab tapmağa imkan yaradıb. Müasir insanda beyinin kiçilməsi kollektiv düşüncədən asılılığın artması səbəbindən baş verib, çünki insan qrupu həmin qrupdakı ən ağıllı insandan ağıllıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub