“Kovid barmaqları” – Peyvəndlənmədən sonra az rast gəlinir
25.10.2021 11:58

Sözügedən əlamətlər bütün yaş qruplarında meydana gələ bilir, ancaq daha çox uşaqlarda və yeniyetmələrdə müşahidə edilir. Bu, bəzilərində ağrısız olsa da, şiddətli ağrı, gicişmə, yara və şişdən şikayətlənənlər də var.

 

Aztibb.az xəbər verir ki, “Kovid barmaqları” simptomunda ayaq və bəzən də əl barmaqları ya qırmızımtıl, ya da bənövşəyi rəng alır. Bəzi hallarda dəri qalınlaşır, ağrı, nahamarlıq və irin əmələ gəlir, belə vəziyyət həftələrlə, hətta aylarla davam edə bilir.

 

“Kovid barmaqları” olan şəxslərdə xəstəliyin digər əlamətləri - daimi öskürək, yüksək temperatur, iy və dad bilmənin qismən və ya itməsi müşahidə edilmir.

 

Fransalı alimlər 2020-ci ilin yazında “kovid barmaqları” olan 50 pasiyentin və oxşar əlamətlərin pandemiyadan xeyli əvvəl müşahidə edildiyi 13 şəxsin vəziyyətini araşdırıblar.

 

Qan və dəri analizinə əsaslanan araşdırmanın nəticələri göstərib ki, bu simptomları immun sisteminin virusla mübarizəni təmin edən iki element yaratmış ola bilər.

 

Zədələnmiş sahələri qanla təmin edən kapilyarlardakı hüceyrələr də “kovid barmaqları”nın yaranmasında müəyyən rol oynayırlar.

 

Yaranan yaralar bir müddət sonra itib gedir. Amma bəzi pasiyentlərə maz və digər dərman preparatlarından ibarət xüsusi müalicə kursu lazım gəlir.

 

Bu, bir çoxlarının artıq peyvənd vurdurması və ya virusa yoluxanların immunitet qazanmasından irəli gələ bilər. Peyvəndlənmədən sonra “kovid barmaqları”na çox az rast gəlinir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib