Dəm qazı ilə zəhərlənmə anı ilk tibbi tədbirlər – DİQQƏT!
24.10.2021 22:58
Havaların soyuması ilə qaz sobalarından istifadə çoxalır. Müəyyən standartlara əməl etməmək səbəbindən dəm qazı ilə zəhərlənmə ehitmalı da artır. Bu bədbəxtlikdən qurtulmaq üçün ilk növbədə onun qarşısını almaq lazımdır.
 
Aztibb.az xəbər verir ki, evlərdə təhlükəli qaz sobalarından istifadə etməmək, qaz kolonkası yanarkən uzun müddət hamam otağında tək qalmamaq və s. kimi qoruyucu tədbirlər yerinə yetirilməlidir.
 
Dəm qazı ilə yüngül zəhərlənmə zamanı zərərçəkəndə başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır. Daha ağır zəhərlənmə zamanı isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir. Yadda saxlamaq lazımdır ki, kiçik yaşlı uşaqlar və yaşlılar az miqdarda dəm qazından hətta həyatlarını itirə bilərlər.
 
Dəm qazı ilə zəhərlənmə zamanı zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə), əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ağ ciyər ödəminin qarşısını almaq üçün onu yarıoturaq vəziyyətə gətirmək, alnına, sinəsinə soyuq kompres qoymaq kimi ilk tibbi yardım göstərilməlidir. Əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa ürəyin xarici masajı və süni tənəffüs tədbiləri görülməlidir.
 
İstənilən halda, hətta zərərçəkəni vəziyyətdən çıxardığınıza əmin olsanız belə “təcili tibbi yardım” çağırmaq mütləqdir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib