Bir sual, bir cavab – Poliomielit xəstəliyi barədə nələri bilməliyik?
24.10.2021 20:59

Respublikamızda milli peyvənd təqvimi ilə bir sıra yoluxucu xəstəliklərə qarşı peyvənd aparılır. Bu peyvəndlərin vurulması sayəsində kiçikyaşlı uşaqların çox vaxt ölümünə səbəb olan yoluxucu xəstəliklərin bir çoxu demək olar yox olub. Belə xəstəliklərdən biri də uşaqlar üçün həyati təhlükə olan poliomielit xəstəliyidir.

 

Azərbaycanda bu xəstəliyə son illər demək olar rast gəlinmir.

 

Poliomielit xəstəliyi viruslar tərəfindən törədilən, beynin boz maddəsinin iltihabıdır. Əsas infeksiya mənbəyi xəstə və virusgəzdirən insanlardır. Poliomielitə, adətən, 15 yaşına qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ancaq, əsasən, 5 yaşına qədər uşaqlar xəstələnirlər.

 

Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən, baş­ağrısı, qusma, iştahasızlıq, yuxunun pozul­ması, hərarətin yüksəlməsi kimi soyuqdəymə simptomları ilə başlayır. Bir qədər sonra xəstənin ətraflarında möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəki aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir, təngnəfəslik artır.

 

Xəstəliyin ilk günlərindən eyni zamanda qarında ağrılar, bəzən ishal və ya qəbizlik olur. Ağrı hissiyyatının çox olması ilə əlaqədar məcburi vəziyyət yaranır, meninqeal əlamətlər inkişaf edir, əzələlərdə süst ifliclər daimi xarakter daşıyır və ətrafların kontrakturası ilə nəticələnir. Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstə­liyin simptomlarının (yüksək hərarətin, iştahasızlıq, əzələ, baş ağrıları və sair) yüngülləşdirilməsindən ibarətdir.

 

Poliomielit keçirmiş xəstələrin çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya müalicəsi olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur. Ona görə poliomielitin müalicəsində əsas yeri kontrakturaların profilaktikası tutur – masaj, müalicə bədən tərbiyəsi, ortopedik tədbirlər.

Poliomielitin yeganə profilaktikası peyvənd yoludur. Bu gün respublikamızda poliomielitə qarşı peyvənd uşağın 4-5 günlüyündə, 2, 3, 4 aylığında və 18 aylığında (1 yaş 6 aylıq) aparılır.

 

Hörmətli valideynlər! Uşaqlarınızın sağlamlığı üçün onların vaxtında peyvənd olunmasına şərait yaradın. Gələcəyimiz olan uşaqların sağlamlığının qorunması hamımızın ümumi işidir.

 

Əməkdar həkim İbrahim Ağayev

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib