Eynək seçərkən heç bunlara diqqət edirsiniz?  - Oftalmoloq rəyi
22.10.2021 12:20

Eynək dəbin əsas elementlərindən biridir. İndi sadə, optik olmayan şüşələrdən hazırlanan, gözləri zəif olmayan insanlar üçün nəzərdə tutulan eynəklərə maraq böyükdür. Amma bəlkə də çox az adam optik olmayan eynəklərin ziyanlı olduğunun fərqindədir.

 

Aztibb.az oftalmoloqların rəyinə əsasən optik olmayan eynəklərin göz üçün ziyanlı olduğunu xəbərdarlıq edir.

 

Eynilə sadə şüşədən olan eynəklər də ziyanlıdır. Daimi olaraq sanki pəncərədən baxırmış kimi gözü aldatmaq gözün zəifləməsinə, tamlığının pozulmasına səbəb ola bilər.

 

Optik eynək almazdan əvvəl, eynəyin çərçivələri və şüşələri həkim tərəfindən tövsiyə olunan reseptə uyğun seçilməlidir. Əks təqdirdə seçdiyiniz eynək gözlərinizə mənfi təsir göstərə bilər. Xüsusən dəb üçün alınan və istifadə olunan şəffaf şüşəli eynəklər gözlər üçün ziyanlıdır. Sağlam gözün əlavə heç bir dəstəyə ehtiyacı yoxdur. Bu cür əlavə eynəklər, linzalar isə dəstək deyil, əksinə gözə zərbədir.

 

Kompüter, telefon, televizor şüalarından qorunmaq adı ilə satılan eynəklər mövcuddur ki, belə eynəklərin də qoruma faizi demək olar, yoxdur. Bu cür eynəklər xüsusən kompüter və telefon mağazalarında satıldığından şüşələrinin keyfiyyətli olması da sual altındadır. Gözləri qorumaq məqsədi ilə alınan belə eynəklərin 1 ay müddətində istifadə olunması göz itiliyini kəskin aşağı endirir.

 

 

 

Eynəklərin mənşəyini yoxlamaq asandır. Etiketdə qeyd olunan ticarət markasının adı ilə eynəyin çərçivəsinin iç tərəfində yazılanları müqayisə edin. Həm də diqqət yetirin ki, ektiketdə istehsalçı ölkənin, müəssisənin adı, onun ünvanı qeyd olunsun. Əgər eynəklər sizə təkcə bəzək üçün deyil, sağlamlıq baxımından da lazımdırsa, onda onları nüfuzlu mağazadan və ya həkim təyini ilə apteklərdən alın.

 

Xüsusilə də, uşaqlara eynək seçərkən diqqətli olmaq məsləhətdir. 2-6 yaş arasında olan uşaqlar üçün elastik çərçivələrə və sınmayan orqanik şüşələrə üstünlük verilməlidir. Eynək nömrələri daha sürətlə dəyişdiyi üçün uşaqlar hər 6 aydan bir həkim müayinəsindən keçməlidirlər.

 

Başqa bir problem isə çərçivələrin üzə görə dar olması ilə bağlıdır. Belə ki, çərçivələr üzə görə dar olduqda gicgahlarda təzyiqə və baş ağrısına səbəb olur. Çərçivənin “qolları”nın qulağa tam oturmaması isə mərkəz sürüşmələrinə və görünüşün pozulmasına gətirib çıxarır.

 

Ağır işlərdə işləyənlər (polis, əsgər, idmançı və s. kimi) sınmayan orqanik şüşələr seçməli, kompyuterlə işləyənlər isə xüsusi örtüklü eynəklərdən istifadə etməlidirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib