Oğurluq xəstəliyi qadınlarda daha sıx görülməkdədir – Kleptomaniya  İkinci yazı
21.10.2021 18:17

 

Alimlər hələ də kliptomaniyanın yaranmasına təsir edən səbəbləri dəqiq müəyyən etməyiblər. İndi həkimlər beyində baş verən bir sıra dəyişikliklərin kleptomaniya yarada biləcəyini güman edirlər ki, bunun da serotonin hormonunun balansının pozulması nəticəsində yarana biləcəyi düşünülür.

 

Aztibb.az qarşısıalınmaz oğurluq həvəsi ilə xarakterizə olunan bu xəstəliyin əlamətləri, səbəbləri və müalicəsi haqqında növbəti yazını təqdim edir.

 

Serotonin hormonu neyro hüceyrələr üçün məsuliyyət daşıyır ki, onlar da psixi sağlamlığın komponentidir. Beyində serotonin hormonunun çatışmazlığı depressivlik doğurur. Beləliklə, kleptomaniya özünü serotonin hormonunun hasilatının aşağı düşməsi nəticəsində meydana gələn depressiv əlamət kimi və impulsiv davranış, təhriki oğurluq şəkildə özünü göstərir.

 

Uşaqlıq dövründə yaşanan mənfi şərtlərin nəticəsində inkişaf edən psixi pozğunluqlar əhəmiyyətli faktorlar arasındadır. Kleptomanik davranışların şüur altındakı bu xatirələrin yenidən yaşanması ilə meydana gəldiyi düşünülməkdədir.

 

Bu insanların uşaqlıqlarındakı ailə həyatlarının olduqca travmatik və problemli olduğu müəyyən olunub. Bu fərdlərdə narsisistik yəni özünə olan sevgi, maraq, inam hissinin itməsi nəticəsi olaraq ortaya çıxdığı da düşünülməkdədir.

Kleptomaniya hərəkətləri qadınlarda uşaqların evdən uzaqlaşması, kişilərdə isə andropoz dövründə rast gəlinə bilər.

 

Qadınlarda gərginliyin artdığı mensturasiya dövrləri və hamiləlik dövrlərində bu cür hərəkətlər artmaqdadır.

 

Bu insanlarda cinsəlliklə əlaqədar problemlərə də rast gəlinir. Müxtəlif psixiatrlara görə uşaqda 3-5 yaş arasında müşahidə edilən və “fallik dövr” olaraq adlandırılan, uşağın cinsi orqanlara istiqamətli maraq və hərəkətlərində artımın olduğu dövrlərdə qarşılaşılan problemlərlə bağlı olduğu düşünülməkdədir.

 

Xəstəliyin müalicəsi

 

Kleptomanların çoxu həkimə müraciət etməkdən qorxurlar və özləri də bu problemi həll edə bilməzlər.Çünki peşəkar psixiloji yardım zəruridir.

 

 

 

Kleptomanların müalicə kursu psixoterapiya və tibbi dərman müalicəsindən ibarətdir. Kleptomaniyada bir sıra antidepressantlar qəbul edilir.

 

Kliptomaniyanın müalicəsində davranış psixoterapiyasından istifadə yaxşı nəticələr verir. Bu terapiyada şəxsdə mənfi düşüncələr təmizlənir və yerinə xoş, pozitiv düşüncələr əldə edilir.

 

Ümumilikdə fərdin keçmişi və indiki anı ilə əlaqədar xoşagəlməz hadisələrdən yan keçərək, bunlara istiqamətli uyğun düşüncə sxemləri inkişaf etdirilməsi və ictimai əlaqələrdəki əlverişsiz müdafiə mexanizmlərinin dəyişdirilməsini hədəfləyən müalicələr, impulsiv hərəkətləri və qayğı vəziyyətini azaltmağa istiqamətli dərman müalicələri və lazım olsa hipnoz ilə müvəffəqiyyətli nəticələr alınmaqdadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib