Uşağınız xəstə olduqda bu səhvləri TƏKRARLAMAYIN!
19.10.2021 17:30
Uşağın immun sistemi müxtəlif virus və infeksiyalarla rastlaşdıqda inkişaf edir və daha mükəmməl olur. Bu təbii fizioloji prosesdir.
 
Pediatrların fikrinə görə, hər bir uşaq 1 il ərzində 4-5 dəfə xəstələnə bilər. Bu zaman uşağa sadəcə düzgün baxmaq lazımdır ki, xəstəlik fəsadlar verməsin.
 
Aztibb.az valideynlərin soyuqdəymə və qrip zamanı uşağa düzgün baxım qaydalarında etdikləri səhvlərlə bağlı bilməli olduğunuz məqamları diqqətinizə çatdırır.
 
Məsələn, qızdırması olan uşağı isti otaqda saxlmaq, üstünü isti yorğanla örtmək və s. Bu yalnız hərarətin artmasına, uşağın vəziyyətinin daha da ağırlaşmasna gətirib çıxardacaq. Əksinə otağan temperaturanı aşağı salmaq, uşağı yüngül geyindirmək, üstünü yüngül örtmək lazımdır.
 
Həkimlə məsləhətləşmədən uşağa antibiotiklər vermək də çox yayılmış və ciddi səhvdir. Soyuqdəymə və qripp xəstəlikləri virus tərəfindən törədilir ki, antibiotiklər viruslara təsir etmir. Antibiotik yalnız həkim tərəfindən və buna ciddi səbəb olanda uşağa təyin edilir. Səbəbsiz qəbul olunan antibiotik orqanizmə yalnız ziyan vurur.
 
Digər səhv xəstə uşağı zorla yedizdirmək, kalorili yeməklər verməkdir. “Uşaq yaxşı yesin ki, sağalsın” kimi fikirlər yalnışdır. Əksinə xəstəlik zamanı uşağın yeməyi yüngül və duru olmaldır. Uşaq yemək istəmirsə, onu zorla yedizdirməyin, ona bol maye verin. Bu uşağın vəziyyətini yüngülləşdirir, sağalmanı tezləşdirir.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib