Bu əməliyyata adi kosmetik prosedur kimi baxılır - DİQQƏT!
16.10.2021 22:11
Bu əməliyyat hətta o dərəcədə adiləşib ki, insanlar ona artıq ciddi cərrahi müdaxilə kimi deyil, adi bir kosmetik prosedur kimi baxır. Lakin bu, heç də belə deyil. Bütün digər cərrahi əməliyyatlarda olduğu kimi, liposaksiyanın da əks göstərişləri, yanaşı təsirləri, ağırlaşmaları, riskləri var.
 
Mütəxəssislər bildirir ki, liposaksiya əməliyyatlarının artmasının əsas səbəbi qadınların dəbdə olan paltarlarında daha gözəl görünmək arzusudur.
 
Aztibb.az liposaksiyanın təhlükə yaradan riskləri barədə məlumatı sizinlə paylaşır.
 
Hazırda liposaksiya bütün dünyada ən populyar estetik əməliyyatlardan biridir.. Vicdanlı peşəkar həkim liposaksiya əməliyyatına ehtiyacı olmayan pasiyenti fikirdən döndərməli, aparat kosmetologiyasına və ya fitnes zalına göndərməlidir.
 
Liposaksiya ümumi narkoz altında keçirilən ciddi cərrahi əməliyyatdır. Növündən asılı olmayaraq, bu, cərrahi müdaxilədir və onun da müəyyən riskləri var.
 
Əməliyyatdan əvvəl pasiyentin sağlamlığı diqqətlə qiymətləndirilməli, anamnez yığılmalı, pasiyent lazım olan müayinə və analizlərdən keçməlidir. Bu, əksər ağırlaşmaların qarşısını almağa kömək edir. Təəssüf ki, bəzən bu mərhələ buraxılır.
 
Y(yüksək təzyiq, qan laxtalanması sistemi xəstəlikləri, böyrək, qaraciyər xəstəlikləri və bəzi digər pozulmalar zamanı liposaksiya əməliyyatı keçirilməməlidir. Əməliyyatdan əvvəl pasiyentin narkoza mümkün olan reaksiyası da nəzərə alınmalıdır.
 
Piyin miqdarı həddindən artıq çoxdursa, liposaksiya tətbiq edilmir. Bu zaman digər üsullardan istifadə olunur. Piyin miqdarı az olanda da liposaksiyaya ehtiyac yoxdur. Əgər həkim sizə bütün artıq piyi birdən çıxartmağa söz verirsə, bu, sizdə şübhə yaratmalıdır.
 
Bir əməliyyat zamanı 4-5 litr piy çıxarıla bilər. Bundan artıq olmaz. Bu, ağır qanaxma və s. gətirib çıxarda bilər.
 
Odur ki, bu əməliyyata müraciət etməzdən əvvəl digər üsulları sınayın – pəhriz, idman, aparat kosmetologiya və s. Lakin əgər liposaksiya haqqında qəti qərar vermisinizsə, bunu yalnız və yalnız təcrübəli plastik və estetik cərraha etibar edin.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib