Dezodorantlardakı alüminium döş xərçənginə səbəb olur - ARAŞDIRMA
15.10.2021 11:02

Antiperspirant dezodorantların döş xərçənginə səbəb olub-olmaması ilə bağlı onilliklərdir davam edən mübahisə iki yeni akademik araşdırmanın nəşrindən sonra elmi ictimaiyyəti yenidən canlandırdı.

 

Hər kəsə məlumdur ki, dezodorantlarda istifadə olunan alüminium qoltuqlardakı məsamələri bağlayaraq tərləməni azaldır. Bununla birlikdə, alüminium materialın qadın hormonu estrogenini təqlid edərək məmə reseptorlarına daxil olub-olmaması illərdir araşdırma mövzusudur.

 

Aztibb.az xəbər verir ki, əvvəlki tədqiqatlar dezodorantlarda istifadə olunan alüminiumun döş xərçənginə səbəb olmadığını göstərirdi.

 

Lakin Oxford Universiteti və İsveçrənin qan xəstəlikləri və xərçəngini araşdıran Qranqettes Hematologiya və Onkologiya Mərkəzi dezodratlardakı alüminium duzlarının zəhərli olduğunu və döş hüceyrələrinə kanserogen təsir göstərdiyini açıqlayıb. Bildirilib ki, dezodorantlardakı alüminium hüceyrələrdə bədxassəli transformasiyaya səbəb olur.

 

Qeyd edək ki, dünyada ən çox yayılmış xərçəng növü döş xərçəngidir. 2020 məlumatlarına görə, son 5 ildə dünyada təxminən 8 milyon qadın döş xərçəngi ilə mübarizə aparır. Bu, döş xərçəngini "dünyanın ən çox yayılmış xərçəngi" halına gətirir. 

 

Döş xərçəngi yoluxucu deyil və bu xəstəliyin səbəbləri tam olaraq bilinmir. ÜST döş xərçəngi risk faktorlarının əsasən 40 yaşdan yuxarı qadınlarda meydana gəldiyini bildirir. Mütəxəssislər döş xərçəngi riskini artıran əsas faktorların yaşın artması, piylənmə, həddindən artıq spirt və siqaret istehlakı, genetik amil, radiasiyaya məruz qalma və s. olduğunu bildirirlər. 

 

Araşdırmalar, alüminium duzlarının yalnız tərləmə əleyhinə dezodorantlarda deyil, qadınların tez -tez istifadə etdiyi günəşdən qoruyucu krem kimi digər kosmetik məhsullarda da olduğunu göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib