Bir sual, bir cavab – Koksartroz və qonartroz nədir, necə müalicə olunur?
12.10.2021 12:21

Koksartroz – bud-çanaq oynaqlarının, Qonartroz – diz oynaqlarının inkişaf edən degenerativ xəstəliyidir, oynaq qığırdağının atrofik dəyişiklikləri ilə başlayan dağılması nəticəsində deformasiyaya uğrayan prosesidir. Birincili (idiopatik – səbəbi bəlli olmayan) və ikincili (postravmatik, oynağın iltihabi xəstəlikləri, displaziya) kimi təsnif edilir.

 

Xəstəlik 45 yaşdan yuxarı xəstələrdə adətən oynaqda ağrı ilə başlayır və bud-çanaq oynaqlarında ağrı qasıq, sağrı, bud nahiyələrinə, diz oynaqlarında isə ağrı baldıra yayıla bilir.

 

Xəstəlik proqressiya etdikcə ağrılar istirahət halında da yaranır, gecə ağrıları müşaiyət olunaraq davamlı xarakterli olurlar.

 

Oynaqdan hərəkət zamanı “xırtıltı səsi”-nin gəlməsi, sonradan hərəkət məhdudluğunun yaranması, axsama xəstəliyin əsas simptomlarından hesab edilir.

 

Bud-çanaq və diz oynaqlarının oynaqətrafı digər patologiyaları kliniki və instrumental müayinələrlərlə (Rt, MRT, CT, Densitometriya, Sintiqrafiya, qan-labarator analizlər) dəyərləndirildikdən sonra müvafiq müalicəsi aparılır.

 

I-II dərəcəli koksartroz, qonartrozlar bir qayda olaraq konservativ müalicə olunur. III-IV dərəcəli koksartroz və qonartrozların müalicəsi xüsusən də davamlı kəskin ağrı, hərəkət məhdudluğu ilə müşayiət olunursa cərrahidir (endoportez-artrplastika).

 

Endoprotez əməliyyatından sonra oynaqda ağrı sindromu aradan qaldırılır, hərəkət amplitudası bərpa edilərək xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılır.

 

 travmatoloq-ortoped Ramin Rzayev

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib