Smartfonlar uşaqların gözlərinə ziyan vurur  
10.10.2021 00:34

Britaniyalı oftalmoloqların “The Lancet Digital Health” jurnalında dərc olunmuş məqaləsində xəbərdarlıq edilir ki, smartfon və kompüter ekranı qarşısında hədsiz çox vaxt keçirən uşaqların yaxındangörməyə məruz qalma riski 80 faiz artır.

 

Aztibb.az xəbər verir ki, həmin mütəxəssislər elektron qurğuların uşaq və gənclərin görmə qabiliyyətinə təsirinə həsr olunmuş 3 mindən çox elmi işi təhlil ediblər. Məlum olub ki, uşaq və gənclərin elektron qurğularla keçirdikləri vaxt ilə görmə üçün risk arasında aşkar asılılıq var. Belə ki, smartfonla gündə 3 saatdan çox işləyən uşaqların yaxındangörmə riski bunun əvəzinə başqa işlərlə məşğul olan uşaqlarla müqayisədə 3 dəfə artır.

 

Smartfonlardan fəal istifadə miopiya xəstəliyinə tutulma riskini orta hesabla 30 faiz, kompüterlərdən fəal istifadə isə həmin riski 80 faizə qədər artırır.

 

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, 2050-ci ilə qədər Yer kürəsi əhalisinin ən azı yarısı yaxındangörmədən əziyyət çəkəcək. Bu təhlükədən sovuşmaq üçün alimlər insanların, xüsusən orqanizmi hələ formalaşmaqda olan uşaqların vaxtını keçirməyin başqa üsullarını axtarmağı tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub