Anevrizmaların əlamətləri nələrdir? - Cabir Gülmalıyev AÇIQLADI
08.10.2021 14:37
Anevrizma qan damarlarının divarlarının zəifləmə nəticəsində bir balon kimi genişlənməsidir. Anevrizma zamanı damar divarı zəifləyir, incəlir və damarın yırtılma ehtimalı böyüyür.
 
Anevrizma bədənin hər hansı nahiyəsindəki damarda meydana gəlir, ancaq daha çox qarın aortasında (ürəkdən çıxan və bədəni qidalandıran damar), ürəkdən çıxan və sinə nahiyəsindəki aortada və beyin damarlarında yaranır.
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Həkim bildirib ki, anevrizmaların əsas səbəbi Ateroskerozdur.
 
Onun sözlərinə görə, ürək anevrizması – ürək kamerasının miokardının bir hissəsinin nazilməsi və qabarmasıdır. Ürək anevrizmasının əsas səbəbi kimi geniş sahəli transmural miokard infarktı (əsasən sol mədəciyin) göstərilir. Geniş sahəli miokard infarktı ürəyin əzələ divarının quruluşunu pozur. Ürəkdaxili təzyiqlə əlaqədar nekrozlaşmış divar gərilir və nazikləşir.
 
Anevrizmanın əlamətləri:
- Təngnəfəslik
- Ürəkdöyünmə
- Halsızlıq
- Ürək astması tutmaları
- Uzunmüddətli qızdırma
- Ürək ritminin ağır pozğunluqları
- Tromboembolik ağırlaşmalar
 
Cabir Gülmalıyev əlavə edib ki, yarımkəskin anevrizmalarda qan dövranı çatışmazlığı əlamətləri sürətlə proqressivləşir. Ürək anevrizmasının müalicəsi isə cərrahi yolla aparılır: anevrizma kisəsi kəsilir və ürək əzələsinin qüsuru tikilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub