ATU-nun rektoru Polad Həşimovun qızına tələbə biletini təqdim edib - Fotolar
05.10.2021 14:25
Xəbər verdiyimiz kimi, şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetində (ATU) təhsil alacaq.
Aztibb.az xəbər verir ki, bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli gənc tələbəni və onun anası Ofelya Salmanovanı qəbul edib.
Tibb Universitetinin böyük ailəsinə qatılması münasibətilə A.Həşimovanı təbrik edən rektor, ildönümünü yaşadığımız Vətən müharibəsinə toxunub. Bildirib ki, Polad Həşimov da daxil olmaqla bütün şəhidlərimizin, ordumuzun sayəsində biz artıq rayonlarımızın işğal günlərini deyil, azadolunma tarixlərini böyük qürurla qeyd edirik: “Bu tarixi qələbə Azərbaycan xalqına tamam başqa bir ruh, başucalığı gətirdi. Ali Baş Komandanın müdrikliyi, əsgərdən generala kimi bütün hərbçilərimizin qəhrəmanlığı və Azərbaycan xalqının yumruq kimi birləşməsi nəticəsində biz çox gözlədiyimiz qələbəni əldə etdik və 30 il davam edən ədalətsizliyi aradan qaldırdıq”.
Hər bir insan üçün valideyn itkisinin çox ağır olduğunu söyləyən Gəray Gəraybəyli əlavə edib ki, əgər Polad Həşimov şəhid olana kimi Aybəniz tək onun qızı idisə, ondan sonra artıq bütün Azərtbaycanın övladıdır.
Sonra rektor Tibb Universiteti və onun tarixi haqda məlumat verib, generalımızın qızının ən azı 6 il ATU ailəsinin üzvü olacağından məmnunluğunu ifadə edib. Aybəniz Həşimovaya təhsildə uğurlar arzulayan ATU-nun rektoru ona tələbə biletini və universitet adından hədiyyə olaraq noutbuk təqdim edib.
O da bildirilib ki, universitetin Elmi Şurasının qərarı ilə A.Həşimovaya əlavə olaraq 200 manat məbləğində təqaüd ayrılıb.
Universitetin rəhbərliyinə göstərilən diqqətə görə təşəkkürünü bildirən Ofelya Salmanova qızının müəllimlərinin ümidlərini doğruldacağına və yaxşı bir həkim kimi yetişəcəyinə əmin olduğunu söyləyib.
Qeyd edək ki, görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov, Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov, I Müalicə-profilaktika kafedrasının dekanı, dosent Elşad Novruzov, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.
Bu bölməyə aid digər xəbərlər
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Ürək səhər saatlarında daha həssas olur - İnfarkt riskinə diqqət
28.10.2026 | 11:44
Uşaqlıq xərçəngi ilə mübarizədə ümid yaradan hekayə
28.10.2026 | 11:03
İcbari tibbi sığorta ilə süd vəzilərinin birtərəfli və ikitərəfli mammoqrafiya müayinəsi də aparılır
28.10.2026 | 09:30
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
27.10.2026 | 14:29
Uşağın zümzümə etməsi onun özünü təhlükəsiz hiss etməsinin göstəricisi ola bilər
27.10.2026 | 14:21
Mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq olunur
27.10.2026 | 14:02
AMEA-nın vitse-prezidenti ATU-nun kitab sərgisindəki stendi ilə tanış olub
27.10.2026 | 13:45
Alma sirkəsi arıqlamağa kömək edirmi?
27.10.2026 | 12:17
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02

