Bir sual, bir cavab – Başda böyümə, baş damarlarının görünməsi və cüt görmə hansı xəstəliyin əlamətləridir?
05.10.2021 11:20

Hidrosefaliya kəllə içindəki suyun miqdar olaraq artması hallarını göstərir və ilk ağla gələn baş böyüməsidir.

 

Beynimizin içində, bir-biri ilə əlaqəli olan mağaralar deyə biləcəyimiz boşluqlar vardır. Biz bunlara “mədəcik” və ya “qarıncıq” deyirik. Beynimizin içindəki suyu, bildiyimiz su kimi düşünmək səhv olar. Bu su dediyimiz “beyin-onurğa” mayesidir və bir çox funksiyaya malikdir. Ən mühüm vəzifəsi isə beynimizə təsir edəcək şiddətli toqquşmalarda beyni qorumasıdır. Bu mayedə qandakı kimi qidalandırıcı maddələr də olur.

 

Hidrosefaliyanın elmi tərifi beyin boşluqlarının (mədəciklərinin) genişlənməsilə yanaşı beyin-onurğa mayesinin təzyiq və miqdarında artmadır.

 

Mövcud xəstələrin demək olar ki, böyük əksəriyyətində hidrosefaliya, beyin onurğa mayesinin dövran yolundakı hər hansı bir nöqtəsindəki zəifləməyə bağlı olaraq yaranır. Hidrosefaliyanın səbəblərini kongenital yəni “anadangəlmə” və ya sonradan inkişaf edən “sonradan qazanmaq” olaraq da ikiyə bölmək olar.

 

Xəstəliyin əlamətləri baş ağrısı, əmgəkdə genişlənmə və gərginlik, qusma, kilo itkisi, incə, kəskin bir səslə ağlama, cüt görmə, başdakı damarların görünməsi, gözlərdə batan günəş mənzərəsi, nitq və yerimə geriliyi ilə özünü biruzə verir.

 

Hidrosefaliyanın erkən dövrdə müəyyən edilməsi müalicə baxımından mühüm əhəmiyyət daşıyır.

 

ümumi cərrah Fuad Nəzərov

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev