Cabir Gülmalıyev: "Ürək xəstələrində cərrahi zamanlama önəmlidir"
05.10.2021 11:12
Ürək xəstəliklərində əməliyyatda istifadə olunan metod qədər zamanlamanın də əldə olunacaq uğurda böyük önəmi vardır. Düzgün zamanlama həm əməliyyat riski, həm də əməliyyat sonrası üçün çox önəmlidir!
 
Aztibb.az xəbər verir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat paylaşıb.
 
Onun sözlərinə görə, əməliyyat uğurlu olsa belə sonrakı dönəmdə yaşam müddəti və rastlana biləcək problemlər əməliyyatın zamanlamasından təsirlənir. Məsələn, koronar arteriya cərrahiyyəsində zamanlamada önəmli olan problem yaranmadan əməliyyatın gerçəkləşdirilməsidir. Burada saatlar belə xəstənin taleyində mühüm dəyişikliklərə səbəb ola bilər.
 
Cabir Gülmalıyev bildirib ki, Koronar bypass qərarı alınan və kritik darlıqlar aşkarlanan xəstələrdə əməliyyat gecikdirilərsə, xəstədə ritm problemləri və infarkt reallaşa bilər. Ürək qapaq xəstələrində də problem yaranmadan əməliyyatın gerçəkləşdirilməsi əsasdır.
 
"Ürək xəstələrində əməliyyat zamanlamasında günlər-aylardan əlavə, illərin də böyük önəmi var. Ürək xəstələrində vacib olan qalıcı problemlər yaranmadan əməliyyatın gerçəkləşdirilməsidir.
Əgər ürəklə bağlı şikayətləriniz varsa, mütləq mütəxəssisə müraciət edin və yaxud şikayətiniz olmasa belə rutin müayinələri axsatmayın", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub