İmmun sistemin gücləndirilməsində – 3 biofaktor
03.10.2021 15:20

 

İmmunitet sistemi stress, həyat tərzi, yenicə öhdəsindən gəldiyimiz digər xəstəliklər və ya müəyyən biofaktorların kifayət qədər təmin edilməməsi səbəbindən zəifləyibsə infeksiyalara daha çox meylli oluruq.

 

Payızın sonuna doğru immun sistemimiz təbii olaraq soyuğa, yağışın təsirinə məruz qalır. Bu səbəbdən qrip və soyuqdəymə virusları xüsusilə ilin soyuq vaxtında güclənir.

 

Üç biofaktor – sink, C və D vitamini bizim immun sistemimizin mühüm tikinti bloklarıdır və bir-birini qarşılıqlı şəkildə dəstəkləyən müxtəlif vəzifələri yerinə yetirirlər. Yaxşı tənzimlənmiş biofaktorların tarazlığı bizə soyuqdəymə və digər infeksiyalara qarşı mübarizə aparmağa və onlardan təbii şəkildə müalicə olunmağa kömək edir.

 

C vitamini bədənimizdə bir çox reaksiyalarda istifadə olunur. Buna görə də xəstə olduğumuz zaman C vitamininə olan tələbatımız artır. C vitaminini  məqsədli şəkildə qəbul edənlər müqayisədə daha az xəstələnirlər.

 

Sink bədənimizdəki ən çox funksiyası olan mikroelementlərdən biridir. Hormon tarazlığında və saç və dırnaqların böyüməsində olan funksiyalara əlavə olaraq, o, immun sisteminin gücləndirilməsində əhəmiyyətli dərəcədə iştirak edir. Beləliklə, kifayət qədər sink təchizatı immun sistemininin normal fəaliyyətini dəstəkləyərək onu gücləndirməyə kömək edir.

 

Öz modullaşdırıcı təsiri sayəsində D vitamini orqanizmi öz immun sisteminin törətdiyi səhv hücumlardan müdafiə edir və bununla da autoimmun xəstəliklər və xroniki iltihab risklərinin azalmasına səbəb olur.

 

Soyuq havalarda mütləq balanslaşdırılmış qidalanma və həyati biofaktorlar olan sink, C və D vitaminlərinin kifayət qədər təminatı barədə düşünün.

 

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib