Vərdiş etdiyimiz 5 gigiyena xətası
30.09.2021 15:44

Sağlam olmaq üçün gigiyena qaydalarına tam riayət etmək lazımdır. Ancaq bir çox insanın haqlı olduğunu düşündüyü və vərdiş etdiyi gigiyena xətaları var.  

 

Aztibb.az ən çox yol verilən gigiyena yanlışları haqqında yazını paylaşır.

 

Üzü sabunla yumaq

Bəzi insanlar gündə 2 dəfə üzlərini sabunla yuduqları zaman bakteriyalardan və ölü dərilərdən qurtulacaqlarını düşünürlər. Həqiqətdə isə sabun məsamələrin tıxanmasına səbəb olur və dərinin yaşlanmasına səbəb olur. Sabun istifadəsi cildin qoruyucu bariyerasını yox edib və dərinin pH səviyyəsini korlayır.

 

Dırnaq tutan və dəsmalları paylaşmaq

Bu gigiyena qaydası hər kəs tərəfindən bilinsə də, bəzi ailələr hələ də öz şəxsi əşyalarını paylaşmağa davam edir. Ailə üzvləriniz belə olsa, bakteriyaların yayılması infeksiyalara səbəb ola bilər.

 

Təri əl ilə silmək

Tərləmək bədənimizdəki bakteriyaların çölə atılmasına səbəb olan bir prosesdir, amma tərinizi əlinizlə silirsinizsə, bədəndən çıxan bakteriyaları yenidən bədəninizə almış olursunuz. Bunun üçün kiçik dəsmal istifadə edərək, xəstəliklərdən qoruna bilərsiniz.

 

Uzun müddət eyni diş fırçasını işlətmək

Bir çoxumuz diş fırçalarını 3 aydan bir dəyişdirməli olduğunu bilmir. Diş fırçası mikrobların artması üçün ideal məkandır. Bu səbəblə diş fırçasını vaxtında dəyişdirməyiniz şərtdir və diş fırçanızın yerini tualetdən ən az 4 metr kənarda saxlamağa çalışın.

 

Pambıq yastıqda yatmaq

Yastıq üzü seçimlərində pambıq üzlərə üstünlük verilir. Amma bu doğru seçim deyil. Pambıq üzlər cildinizin sürtülməsinə və tez yaşlanmasına səbəb ola bilər. Buna görə də ipək və ya sətin yastıq üzlərindən istifadə edə bilərsiniz.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib