Həkim reportajı: Ürək xəstələri bunlara mütləq əməl etməlidir!
29.09.2021 12:59

Ürək xəstələri ürək sağlamlıqları üçün mövsümi qaydalara əməl etməli və həyat tərzlərini buna əsasən proqramlaşdırmalıdırlar. 

 

Ürək və damar sistemlərinin soyuğa reaksiyası fərqli olur. Ürək soyuq havada daha da aktivləşərək ətrafını isidir və bədəni rahatlaşdırır. Lakin xəstə və çatışmazlığı olan ürək kifayət qədər aktivlik nümayiş etdirə bilmədiyi üçün problemlər ortaya çıxır. Bu səbəbdən də, xüsusilə ürək xəstəsisinizsə, ürəyinizi soyuq havalı günlərə hazırlayın. 

 

Ürək xəstələri ayaqlarını isti tutmalıdır. Xəstə diabetdirsə, ayaqlarında hiss olmadığı üçün istini də duya bilmir. Bu isə ayaqların yanmasına səbəb ola bilər. Bu yaraların yaxşılaşması uzun müddəti tələb etdiyindən çox ciddi fəsadlara, hətta ayağın kəsilməsinə qədər gəlib çıxa bilər. Buna görə də ən doğrusu ayaqları isti saxlayan corab geyinməkdir.

 

Çalışmaq lazımdır ki, külək birbaşa sinəyə təmas etməsin. Çünki ürəklə bağlı şikayəti olmayan insanlar da soyuq havada (bu insanların da gizli ürək xəstəlikləri də ola bilər) sinədə ürək ağrılarının fərqinə varacaqlar.

 

Odur ki, ürək xəstəliyi olanlar soyuq havada küçəyə çıxarkən mütləq dil altı həbi özləri ilə götürməlidirlər. Çünki soyuqda bədən istiliyinin düşdüyündən, spazm meydana gəlir və bu spazm səbəbindən ürəyə kifayət qədər qan getmir, sinə ağrısı ortaya çıxır.

 

Ürək xəstələri küçəyə çıxarkən mütləq qalın geyinməlidirlər. Onu da qeyd edim ki, soyuqda tox qarına piyada yerimək olmaz.

 

ürək və damar cərrahı Bingür Sönməz

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib