Həkim reportajı: Bu peyvəndləmə qızlarda cinsi həyata başlayana qədər aparılmalıdır
29.09.2021 10:13

Son zamanlar uşaqlıq boynu xərçənginə qarşı peyvənd  aktuallaşır.

 

Virusun bəzi tipləri cinsi yolla ötürülür. Bu səbəbdən, yoluxma cinsi həyatın başlanğıcında baş verir. Virus uzun illər ərzində orqanizmdə gizli qala bilir və əlverişli şərait yarandıqda hətta yoluxmadan 20 il sonra belə xəstəlik törətməyə qadirdir. Bəlli olmuşdur ki, anogenital nahiyənin kondiloması 90% halda, uşaqlıq boynu xərçəngi isə 80% halda viruslar tərəfindən törədilir.

 

Vaksinlərin hazırlanması və tibbi praktikaya uğurlu daxil edilməsindən sonra hazırda 60-dan çox ölkədə vaksinoprofilaktika aparılır.


Uşaqlıq boynu xərçənginin profilaktikası məqsədilə bütün dünyada iki vaksin istifadə olunur. Hər iki preparatın Azərbaycanda istifadəsinə icazə verilir. Yaşdan asılı olmayaraq, tam vaksinasiya üçün preparatlar 3 dəfə yeridilir.

 

İmmunizasiyanın maksimal effekti virusa yoluxana qədər aparıldıqda alınır. Yoluxduqdan sonra təbii ki vaksinasiya heç bir profilaktik effekt vermir. Nəzərə alsaq ki, yoluxma cinsi yolla baş verir, aydındır ki, peyvəndləmə işini cinsi həyata başlayana qədər, yəni, 14-16 yaşlı qız uşaqlarına aparmaq lazımdır. Bu, ÜST-ün tövsiyələrinə uyğundur.

 

Eyni zamanda, HPV-yə qarşı vaksinasiyanı müayinə vaxtı virus tapılmış 26 yaşına qədər qadınlarda və cinsi əlaqədə olmamış 30 yaşından yuxarı qadınlarda aparıla bilər. Baxmayaraq ki, bəzi klinisistlər vaksinasiyadan sonra xəstəliyin daha yüngül keçməsini qeyd edirlər, bu məlumatlar azdır və araşdırılma aparılmasını tələb edir.

 

mama-ginekoloq Ramilə Abbaszadə

Aztibb.az

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib