ATU-ya qəbul olan I kurs tələbələri ilə görüş keçirilib - Fotolar
28.09.2021 16:48
Yeni tədris ilinin başlaması münasibəti ilə Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olunan I kurs tələbələri ilə tanışlıq xarakterli görüş keçirilib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və media üzrə depatament sədri İlkanə Quluzadənin aparıcılığı ilə baş tutan görüşdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Aztibb.az xəbər verir ki, rektorun yanında İctimai Nəzarət və Məşvərət Şurasının sədr müavini, ATU-nun dosenti Aidə Bəndəliyeva tədbirdə çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalqımıza qələbə sevinci yaşadan əsgər və zabitlərimizin qəhrəmanlığından söhbət açıb. Bu qələbədə ATU-nun məzunlarının da payı olduğunu qürur hissi ilə xatırladaraq, Rasim Abdullayev, Adil Əfəndiyev, Tural Abdullayev, Turqut Xəlilbəyli və onlarla digər tibb işçisinin adlarını səsləndirib. Daha sonra Azərbaycan Tibb Universitetinin tarixi inkişaf yolundan danışan A.Bəndəliyeva ölkəmizin nüfuzlu ali məktəbində təhsil almaq şansı qazanan gəncləri təbrik edib, onlara təhsil illərində uğurlar arzulayıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli də Vətən müharibəsində müzəffər ordumuzun əks-həmlə əməliyyatının böyük zəfərlə nəticələndiyini vurğulayıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizə rəhmət, sağlamlıqlarını itirən qazilərimizə şəfa diləyib.
Bundan sonra E.Kərimli tələbə adını qazanan gənclərə təhsil alacaqları universitetin maddi-texniki bazası, fakültə və kafedraları, ictimai təşkilatları, elmi-pedaqoji nailiyyətləri və professor-müəllim heyəti haqqında ətraflı məlumat verib. Eyni zamanda I kurs tələbələrini universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının işi ilə tanış edib. O bildirib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsi, əsasən, tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün tədbirlər planı hazırlayır, seminarların, konfransların təşkili ilə məşğul olur. O, tələbələrin arzu və təkliflərini reallaşdırmağa çalışdıqlarını, yeri gələndə müvafiq qurumlar qarşısında məsələ qaldırdıqlarını da diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Tibb Universitetinin himni səsləndirilib. Himnin sədaları altında universitetin 90 il müddətindəki sosial-ictimai həyatı slaydlar vasitəsilə nümayiş etdirilib. Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, VI kurs tələbəsi Cavid Mustafayev ATU-nun mövcud daxili intizam qaydaları, aparılan mühazirələr, praktiki seminarlar və imtahan prosesi barədə I kurs tələbələrini məlumatlandırıb.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin I Müalicə-profilaktika fakültəsi üzrə sədri Elbəy Cabbarlı, II Müalicə-profilaktika fakültəsi üzrə sədri Mürvət Bünyadov, İctimai səhiyyə fakültəsi üzrə sədri Aysel İsmixanova, Hərbi tibb fakültəsi üzrə sədri Vahid Rzayev, Stomatologiya fakültəsi üzrə sədri Rəsul Aslanov və Əczaçılıq fakültəsi üzrə sədri Ruhanə Hüseynova da I kurs tələbələri ilə səmimi ünsiyyət quraraq, onları ilk gündən universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıblar.
Tədbirin sonunda I kurs tələbələri universitet şəhərciyini gəzib, tədris korpusları və auditoriyalarla əyani tanış olublar.
Bu bölməyə aid digər xəbərlər
ATU magistrantı antibiotik rezistentliyinin profilaktikası ilə bağlı təqdimatla çıxış edib
23.10.2026 | 15:48
Kimya İnstitutunda peşəkar gənc kadrlara ehtiyac var
23.10.2026 | 15:16
ATU-da fizioterapiya və tibbi reabilitasiya sahəsində əməkdaşlığın inkişafı müzaklirə olunub
23.10.2026 | 12:42
“AI in Medicine Innovation” təlim proqramı çərçivəsində ilk praktik məşğələ keçirilib
22.10.2026 | 14:46
Azərbaycanda hərbi tibbi ingilis dili üzrə təlim keçirilir
22.10.2026 | 10:54
Professor Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
21.10.2026 | 16:44
ATU-da magistratura təhsilinin təşkili və keyfiyyəti müzakirə olunub
21.10.2026 | 11:23
Qazaxıstanlı magistrantlar Molekulyar Biologiya İnstitutunda elmi təcrübədə olublar
20.10.2026 | 16:53
ATU-da rezidentura hazırlığı DİM hədəfləri kontekstində müzakirə olunub
20.10.2026 | 15:57
Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib
20.10.2026 | 12:33
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

